2 gün, 2 gecə yeni musiqi (ukr. Два дні й дві ночі нової музики) və ya 2G2G (ukr. 2Д2Н) Ukraynanın Odessa şəhərində 1995-ci ildən etibarən hər il 48 saat ərzində keçirilən beynəlxalq musiqi festivalı. Festivalda çox hissəsi eksperimental musiqi olmaqla ukraynalı və xarici bəstəkarların musiqiləri təqdim edilir. Festival 1995-ci ildə ukraynalı bəstəkar Karmella Tsepkolenko tərəfindən təsis edilmişdir. Festival Beynəlxalq Müasir Musiqi Cəmiyyətinin Ukrayna bölməsi olan Yeni Musiqi Assosiasiyası tərəfindən təşkil edilir.[2] Festivalın hazırkı prezidenti alman bəstəkar və dirijor Bernhard Vulfdur. 2G2G Ukraynanın ən böyük musiqi festivallarından biri hesab olunur. Festival dövlət dəstəyi, şəxsi ianələr, İsrail, İsveç, İsveçrə kimi ölkələr də daxil olmaqla beynəlxalq dövlət orqanları və layihələr hesabına maliyyələşdirilir.[3]
2 gün, 2 gecə yeni musiqi | |
---|---|
| |
Janr | eksperimental |
Yer | Odessa, Ukrayna |
Keçirildiyi illər | 1995-h.h. |
Təsisçi | Karmella Tsepkolenko |
Təşkilatçı | Yeni Musiqi Assosiasiyası |
Sayt | 2D2N |
Mədəniyyət portalı Musiqi portalı Ukrayna portalı |