3-cü Ordu (Osmanlı imperiyası)

3-cü OrduOsmanlı Ordusunun tabeliyində olan ordulardan biri olmuşdur. İlk əvvəl Balkan ərazisində qurulsa da, sonradan dövlətin şimal və şərq hissələrini müdafiə etməyə cavabdeh olmuşdur. Balkan yarımadasında yerləşdiyi dövrdə 1908-ci ildə baş vermiş Yeni Türk İnqilabını dəstəkləmiş və bu hərəkatın hərbi qüvvələrinin özəyini təşkil etmişdir. Ordu mərkəzi müharibəyə qədərki dövrdə Selanik şəhəri olmuş, müharibə dövründə isə Ərzurum qalasına köçürülmüşdür. Məşhur zabitləri sırasında Ənvər PaşaMustafa Kamal Atatürk vardır.

3-cü Ordu
Növü Quru Qoşunları
Yaranma tarixi 1877-1914
5 avqust 1914-15 oktyabr 1918
Ölkə Osmanlı İmperiyası
Tabedir Osmanlı ordusu
Daxildir Şərq Orduları qrupu
Müharibələr Birinci dünya müharibəsi
Döyüşlər Sarıqamış döyüşü
Komandanlıq
Məşhur komandirləri Ənvər Paşa
Hafiz Haqqı Paşa

Birinci Dünya müharibəsi ərzində Rus Qafqaz Ordusu, erməni könüllü diviziyaları və erməni milislərinə qarşı döyüşmüşdür. Bu dövrdə Sarıqamış döyüşündə ağır məğlubiyyətə uğramış, həmçinin Köprüköy və Ərzurum döyüşlərində də ərazi itirmişdir.