36 kadr (film, 1996)

36 kadr qısametrajlı bədii televiziya filmi rejissor Rövşən İsgəndərov tərəfindən 1996-cı ildə ekranlaşdırılmışdır. Film "Sabah" yaradıcılıq birliyində istehsal edilmişdir. Filmdə rolları Səbinə Minasazova, Kamran ŞahmərdanovKamran Əhmədov ifa edirlər. Film həssas qəlbə malik olan, peşəsinin vurğunu fotoqrafın son gününü əks etdirir.

36 kadr
36 kadr
Janr qısametrajlı
dram
Rejissor Rövşən İsgəndərov
Prodüser Şamil Nəcəfzadə
Ssenari müəllifi Rövşən İsgəndərov
Baş rollarda Səbinə Minasazova
Kamran Şahmərdanov
Kamran Əhmədov
Operator İzzət Əzizov
Rəssam Rəfael Əlizadə
İstehsalçı "Sabah" yaradıcılıq birliyi (Azərbaycan televiziyası)
İlk baxış tarixi 1996
Filmin növü qısametrajlı bədii televiziya filmi
Müddət 18 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dillər mətnsiz, titrlər azərbaycancadır
İl 1996
Rəng rəngli
Çəkiliş yeri Bakı, Nəbatət bağı

Film həssas qəlbə malik olan, peşəsinin vurğunu fotoqrafın (Kamran Şahmərdanov) son gününü əks etdirir. Fotoqraf aşiq cütlüyün (Səbinə Minasazova-Kamran Əhmədov) fotolarını çəkir. Çəkdiyi kadrlar bəlkə də onun şah əsərləri olacaqdı. Cütlük yaxşı şəkillərin alınması üçün əllərindən gələni edirlər. Bir çox çəkilişlərdən sonra qəflətən fotoqraf fotoaparatına lent qoymadığını görür və çox pərt olur. Bunu görən cütlük həvəsdən düşərək ondan uzaqlaşırlar. Bu hadisə fotoqrafa çox sarsıdıcı zərbə vurur, səhvini özünə heç cür bağışlaya bilmir və sarsıntıdan xəstəliyə tutulur. Nəticədə mənəviyyatı alt-üst olan fotoqraf tənha studiyasında ömrünü tapşırır...

  • Film rejissorun diplom işidir.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenarist: Rövşən İsgəndərov
Rejissor: Rövşən İsgəndərov
Operator: İzzət Əzizov
Prodüser: Şamil Nəcəfzadə
Rəssam: Rəfael Əlizadə

Səbinə Minasazova — qız
Kamran Şahmərdanov — fotoqraf
Kamran Əhmədov — oğlan