Kamran Yunis (5 dekabr 1974, Bakı) — Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası, "ARRI", "Altın Şafran", "Vaqif Səmədoğlu" mükafatları laureatı.
Kamran M. Yunis | |
---|---|
Doğum tarixi | 5 dekabr 1974 (49 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor |
Mükafatları |
ARRI Altın Şafran "Vaqif Səmədoğlu" medalı |
Kamran Yunis 5 dekabr 1974-cü ildə, əslən Balakənli olsa da, Bakıda anadan olub. 1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlu, Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrının sənətçisi olub. Rusiya, İran, Amerika, Misir, Türkiyə, İtaliya, Hindistanın beynəlxalq film festivallarının iştirakçısı olub. Odlar Yurdu Azərbaycan filmi "ARRİ" mükafatına layiq görülüb. 2015-ci ildə Türkiyədə Xəlvətdə qalmış müdrik filmi "Altun şafran" mükafatına layiq görülüb. Sənətçinin çəkildiyi Rami filmi 2007-ci ildə Hinistanın New Delhi şəhərində keçirilən Asian film festivalında "opening film" (açılış filmi) olub. Rami filminə görə 2007-ci ildə dünyanın bir çox dövlətlərində, ən məşhur qəzetlər (The New York Times, New Delhi Times) məhz ondan yazıb. 2012-ci ildə Azərbaycanda ilk olaraq Redyard Kiplinqin "Mauqli" (8 saat), audio kitabı gözdən əlil və fiziki imkanları məhdud olan uşağlar üçün nəzərdə tutulmuşdur. 2019-cu ildə isə Vaqif Səmədoğlu şeirlərindən ibarət " Xatirəni… gəl özün apar" audio kitabının müəllifi də məhz Kamran M. Yunisdir. Sənətçi Kamran M. Yunis 2006-cı ildən (AZTV) dublyaj sahəsində çalışır və 5000 ə yaxın filmin ana dilimizdə səslənməsində zəhməti var. Onun Azərbaycan poeziyasından səsləndirdiyi 2500 dən çox şeir, poema, nağıl dinləyicilərin ruhunu oxşayır.
4 iyun 2020-ci ildə Vaqif Səmədoğlu medalı ilə təltif edilmişdir.[1]
Yuğ teatrı