45 il filmi rejissor Endryu Heyq tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Əsas rolları Şarlotta Remplinq və Tom Kortni ifa edirlər.
45 il | |
---|---|
45 Years | |
Janr | dram |
Rejissor | Endryu Heyq |
Prodüser | Tristan Qolayer |
Əsərin müəllifi | Devid Konstantayn |
Ssenari müəllifi | Endryu Heyq |
Baş rollarda |
Şarlotta Remplinq Tom Kortni |
Operator | Lol Krouli |
İstehsalçılar |
The Bureau British Film Institute Creative England Film 4 Match Factory National Lottery |
İlk baxış tarixi | 2015, 10 sentyabr 2015[1], 1 oktyabr 2015[2][3] |
Müddət | 95 dəq. |
Ölkə | Birləşmiş Krallıq |
Dil | ingiliscə |
İl | 2015 |
Rəng | rəngli |
IMDb | ID3544082 |
Vikianbarda əlaqəli mediafayllar |
Keyt və Ceff Merser cütlüyü uşaqsız ailədir. Onlar 45 illik evliliklərini təntənəli qeyd etməyə hazırlaşırlar. Ceffin aldığı məktub hadisələrin məcrasını dəyişir. Məktubda Ceffin keçmiş sevgilisi olan alman əsilli Katinin Alp dağlarında meyitinin tapıldığı yazılır. Hadisə Ceffin Keytlə evliliyindən 5 il əvvəl baş vermişdi. O zaman Katinin meyiti taplmamışdı.[4]
Evlilik ildönümünə hazırlaşan Ceffin Kati ilə bağlı xatirələri aldığı məktubdan sonra yenidən canlanır, öz-özünə bu sualı verir — "Kati ölməsəydi görəsən, həyatı necə olardı?". Ceff Keytlə münasibətinə yenidən nəzər yetirməli olur.[5][6].
Şarlotta Remplinq — Keyt Merser
Tom Kortni — Ceff Merser
Ceraldin Ceyms — Lena
Dolli Uells — Selli
Devid Sibli — Corc