501 nömrəli kamera ― 1966-cı ildə çəkilmiş Türkiyə filmi.[2]
501 nömrəli kamera | |
---|---|
501 numaralı hücre | |
Janr | tarixi film, bioqrafik film, dram filmi |
Rejissor |
|
Ssenari müəllifi |
|
Baş rollarda | |
İstehsalçı | Ordu Foto Film Mərkəzi — Kafkas film |
İlk baxış tarixi | 1967 |
Filmin növü | tammetrajlı bədii-sənədli film |
Müddət | 2 saat 55 dəqiqə[1] |
Ölkə | |
Dil | türk dili |
İl | 1966 |
Mövsüm sayı | 1 |
Bölüm sayı | 2 |
Rəng | rəngli |
IMDb | ID0429483 |
Filmdə sovet rejimi dövründə Bakıda Hərbi Hava Məktəbinin Uçuş Bölməsinin komandiri olarkən KQB tərəfindən barələrində ölüm hökmü çıxarılmış və Türkiyədə mühacir həyatı yaşamalı olmuş azərbaycanlı zabit Məmməd Altunbay və istiqlal yoldaşlarının fəaliyyətindən bəhs olunur.[3]
Məmməd Altunbay Türkiyədə mühacir həyatı yaşadığı dövrdə İstanbulda "Hürriyyət" və "Yeni səhər" qəzetində xatirələrini "Türk təyyarəçisi Məhəmməd Altunbay Rusiyadan necə qaçdı?" və "Cəhənnəmdə gördüklərim" başlıqları ilə yayımlayır. Sonradan bu xatirələrini ssenari şəklinə salıb Türkiyə Baş qərargahı sədrliyinə təqdim edir. Tədqiqat nəticəsində 1966-cı il dekabrın 6-da Baş qərargah sədrinin əmrilə Türk Silahlı Qüvvələrinin milli və əxlaqi tərbiyəsi üçün faydalı hesab edilən ssenari əsasında "501 nömrəli kamera" filminin çəkilməsi məsləhət görülür. Camal Tural paşanın yaxından köməyi nəticəsində Məmməd Altunbayın həyatı Türk Ondusunun zabitləri tərəfindən Aytən Gökçər, Cüneyt Gökçər və digər dövlət teatrlarının tanınmış artistlərinin iştirakı ilə kinoya çəkilir.[4]
Məmməd Altunbay sonradan xatirələrində qeyd edir:
Film bütün əsgər qarnizonlarında və mülki kinoteatrlarda göstərildi, 6 milyon yarım vətəndaşımız bu filmə baxdı. Film 1971-ci il aprelin 29-da Ankara televiziyası ilə göstəriləndə həyatda gördüyüm bütün dəhşət və ürək ağrıdan fəlakətlərimə baxmayaraq türk insanına, xüsusilə də izləyicimiz olan gənc və körpə balalara kommunizmi geniş miqyasda tanıtdıra bildiyim üçün kədərimi nisbətən azalmış hesab etdim. |