Saniyədə 5 santimetr (秒速5センチメートル, 5 Centimeters Per Second?) – 2007-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Makoto Şinkaydir.
5 Centimeters Per Second | |
Janr | romantika |
---|---|
Anime | |
Rejissor | Makoto Şinkay |
Vaxt | 63 dəqiqə |
Manqa | |
5 Centimeters Per Second | |
Manqaka | Makoto Şinkay |
Jurnal | Vertical Inc. |
Demoqrafiya | seynen |
Nəşr tarixi | iyun 2010 - iyun 2011 |
Cildlər | 2 əsas cild |
Film baş qəhrəman Takaki Tononun heyatının 10 ildən çox müddətini əhatə edir və 1990-cı illərin ortalarından başlayan üç hekayədən ibarətdir.
Tam olaraq anime 3 hissədən ibarətdir — (Sevgi, zaman və məsafə haqda üç hekayə):
Mənzərələr və adi səhnələrin çoxu Yaponiyada olan real yerlərin əsasında çəkilmişdir[1].
İbtidai məktəbi bitirdikdən sonra Takaki Kono və onun yaxın rəfiqəsi Akari Şinoharaayrılmalı olurlar. Akarini Toçiqi prefekturasında yerləşən məktəbə göndərirlər, Takaki isə təhsilini Tokiodaki orta məktəbdə davam etdirir. Onlar biri birinə məktub yazır və yenidən hisslərini paylaşa bilməkdən sevinc hissləri keçirirlər. Lakin bir vaxt sonra Takakinin ailəsi Kaqoşima prefekturasına köçməli olurlar. Buna görə o, Akarilə görüşmək istəyir. Takaki görüşə qatarla, bir neçə keçidlə yola düşür, lakin güclü qar yağdığından qatarlar gecikir…
Takaki Taneqaşima kosmik mərkəzinin yerləşdiyi Taneqaşima adasındaki orta məktəbə qəbul olunur. Elə ilk gündə Kanae Sumida Tokodan gələn oğlana vurulur. O, Takakini dəlicəsinə sevdiyini anlayır, hər dəqiqə onun haqda düşünür, onunla bir olmaq istəyir, lakin hisslərini ona açıqlaya bilmir və neçə ildir ki ona qarşı cavabsız hisslər keçirir.
1999-cu il. Kanaenin Takakiyə qarşı hissləri artır və tədris ilinin sonuna yarımil qalmış ona qarşı keçirdiyi hissləri etiraf etməyə qərarına gəldi.
Makoto Şinkay bu hissənin onun sevimli olduğunu etiraf edir[2].
Takaki Tononun başı işə qarışıb və o vaxtın necə tez keçdiyinə fikir vermir. Hal bu ki, institutu bitirdikdən artıq neçə il keçib, Takaki üç il birgə yaşadığı qızla ayrılır.
2008-ci ilin baharının əvvəlində Takaki işdən çıxır. Buna eyni zamanda xeyli səbəbin və heç bir səbəbin olmadığını düşünür. Sakit bir gün o, ayaqla bir zaman Akarilə birlikdə sakuranın gül açmağını izlədiyi dəmiryolu keçidinə çatır. Takaki bir qıza qarşı hərəkət edir. Onun yanından keçəndən sonra onun Akari olduğunu anlayır və onun tərəfə çöndükdə qız da onun tərəfə mütləq çönəcəyini hiss edir.
Çönərək Takaki Akarinin də çöndüyünü görür, lakin onların biri birinə baxmağına qatar mane olur. Qatar ötdükdən sonra isə Akari artıq getmiş oldu.
OST | |
---|---|
Növü | saundtrek |
Yayımlanma tarixi | 2007 |
Janr | saundtrek |
Müddət | 28 dəqiqə |
Musiqi bəstəkar Temmon tərəfindən bəstələnmişdi. O, Makoto Şinkayın başqa filmlərinə də musiqini bəstələmişdi.
Masayoşi Yamadzakinin ifasında olan "One more time, one more chance" mahnısının seçimini rejissor onu bütün yaponların tanıdığları və əlavə asossiyaların sözlərin demədiklərini catdıra biləcəyi ilə bağlayır[3].
Personaj | Haqqında |
---|---|
Takaki Tono | Filmin əsas qəhrəmanı. O valideynlərinin işinə görə tez tez köçür. |
Akari Şinohara | Takakinin ən yaxın dostu. Takaki kimi, o və ailəsi tez tez köçür. |
Kanae Sumida | Takakinin məktəb yoldaşı. |
Kanaenin bacısı | Kanaenin oxuduğu məktəbdə müəllimədir. |