731-ci dəstə

731-ci dəstə (yap. 731部隊) — Keçən əsrin 30–40-cı illərində Yaponiya ordusu Çin ərazisində "731-ci dəstə"[1] adı altında bioloji silah sahəsində və bakterioloji müharibə zamanına hazırlıq üzrə tədqiqatlar aparırdı. Söhbət 200 min adamın həyatından gedir. Eksperiment canlı insanlar, qaçırılmış, əsir düşmüş adamlar üzərində aparılırdı. Bununla bərabər insan bədəninin davamlılıq həddi müəyyənləşdirilirdi. Qaynar suya, quraqlığa, qidasız, susuz qalmaya, donmaya və elektrikə qarşı davamlığı sonradan onun viviseksiya, yəni bədəninin yarılması ilə öyrənilirdi. Təcrübə altında olanları barokameralarda gözləri pırtlayıb çıxanacan saxlayırmışlar. Qurbanlar dəstəyə düşürdüsə bütün ailəsi ilə bərabər təcrübənin bütün ağırlığını yaşamalı olurdu. Eksprimentçilər Çin şəhərlərində yatalaq, taun kimi xəstəliklərlə yoluxmuş gənələri artırıb sonra buraxırmış. Su mənbələrini isə vəba vibrionları ilə "zənginləşdirirmiş". Dəstənin əməkdaşları 3 mindən artıq, bəzən isə 10 min adamın iştirakını dilinə gətirir. ABŞ Yaponiyaya bu faktları gizləməkdə kömək etdi ki, soyuq müharibədə özünə tərəfkeş qazansın.

731-ci dəstə
Hücum yeri
45°36′ şm. e. 126°38′ ş. u.HGYO
Hücum hədəfi Pinfan, Çin
Vaxt 1935–1945
Hücum üsulu İnsan üzərində tədqiqat
Bioloji silahlar
Kimyəvi silahlar
Silah Bioloji silahlar
Kimyəvi silahlar
Partlayıcı maddələr
Həlak olanlar 3,000 — 250,000
Qatillər General Şiro İşii
General-Leytenant Masaji Kitano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həkim İvasa Ken diri insanları necə yardığını xatırlayır: "İlk dəfə əzab hissi keçirirsən. Sonra çox adi bir iş olur. Çalışırsan ki, işi yaxşı yerinə yetirəsən və rəhbərlik səndən narazı qalmasın".

O, yararaq öldürdüyü ilk 2 qurbanından bəhs edir: "Onlardan biri cüssəli, qürurlu əsgər idi — Kommunist partiyasının ordusunda döyüşmüşdü. Digəri isə balaca boylu kəndli idi. Əsgər başını dik tutmuşdu, kəndli ağlayırdı". İvasa Ken xatırlayır ki, kommunist məsələnin nə yerdə olduğunu anlayıb özü cərrah masasına uzandı. Kəndli isə çırpınır, ağlayır, yalvarır, qaçmaq istəyirdi: "Belə olanda mən onu zorla, bərk itələyərək masaya yıxdım. Bu vaxt bircə şeydən narahatdım: birdən ona təpinəndə ayaqlarım sürüşər, yıxılaram və mənə həmkarlarım gülərlər".

Sonra cəllad günahsız 2 çinlinin daxili orqanlarını narkozsuz necə bir-bir çıxardıqlarını təsvir edir. Kəndli tez keçinir, əsgər xeyli əzab çəkir. Ken gizlətmir ki, eksperimentlər birbaşa imperatorun göstərişi ilə aparılırdı. Yəni, 731-ci dəstənin həkimləri öz imperatorlarına sadiq təbəələrdir və bu, onlar üçün çox önəmlidir: "Olurdu ki, imperator ailəsinin üzvlərindən kimsə bizə qonaq gəlirdi. Belə olanda onlar əyləncə xatirinə sifarişlər verirdilər. Kimsə diri adamın qaraciyərini çıxarıb göstərməyimizi istəyirdi, başqa birini cinsiyyət orqanlarının quruluşu maraqlandırırdı".

Və cəllad-həkimlər ixtiyarlarında olan şəxsləri keyitməsiz, tələsmədən yararaq daxili üzvlərini çıxarıb imperatorun qohumlarına göstərirdilər.731-ci dəstədə eksperimentə məruz qalıb öldürülən insanları "kötük" adlandırırdılar. Onlar insan yox, əşya, odun parçası sayılırdı.731-ci dəstənin[2] cəzadan qaçan əksər üzvləri müharibədən sonra bir çox klinikalar yaradaraq xəstə yaponları sağaltmaqla məşğul oldular.[3]

  • Grunden, Walter E., Secret Weapons & World War II: Japan in the Shadow of Big Science, University Press of Kansas, 2005. ISBN 0-7006-1383-8.
  1. "Отряд 731. Нет предела бесчеловечности" (rus). histrf.ru. 2 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2023.
  2. ""731-ci dəstə": yapоn ölüm fabriki haqqında dəhşətli həqiqətlər (18+)" (Azerbaycan). azlogos.eu. 2 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2023.
  3. Моримура Сэйити, "Кухня дьявола", Предисловие ("Убийцы в белых халатах").

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]