Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteriya, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş
sursatına, cihaz və tərtibatlara deyilir.[1] Bioloji silahın əsasını xəstəlik törədən mikroorqanizmlər və onlardan alınan toksinlər, viruslar, prionlar təşkil edir.
Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroorqanizmlər aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.
Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, bruselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur. Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya, fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını, rəqib milli valyutasını və s. yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə yoluxdurulmuş məktub göndərməklə və s. yolları ilə çatdırılır ki, sonrakı mərhələdə artıq o, kimyəvi silahdan fərqli olaraq eskalasiya, zəncirvari reaksiya doğuraraq epidemiya şəklində yayılır.
Bioloji silahlardan istifadə 1925-ci il Cenevrə Protokoluna[2] və 1972-ci ildə imzalanmış Bakterioloji (Bioloji) və Zəhərli Silahların İşlənməsinin, İstehsalının Qadağan edilməsi haqqında Konvensiyaya əsasən qadağandır.
Bakterioloji silah – kütləvi qırğın silahlarından biri olub insan, heyvan və bitkilərə xəstəlik törədici mikroorqanizmlərin zədələyici təsirinə əsaslanır. İnsan və heyvanları yoluxdurmaq üçün seçilmiş patogen; mikroorqanizmlər və onların toksinləri istifadə olunur. Patogen mikroorqanizmlər quruluşu, ölçuləri və bioloji təsirinə görə bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər, spiroxetlər və ibtidailər sinfinə bölünür.[3]
Bakteriyalar – bir hüceyrəli orqanizmlərdir. Ölçüləri 03–0/5 mkm-dən 8–10 mkm-ə qədərdir. 1 ml mayedə 550 milyard bakteriya ola bilər. Bakteriyaların çoxalması bölünmə yolu olur. Əlverişli şəraitdə hər 20–30 dəq-də bakteriyalar ikiyə bölünürlər. Bakteriyaların tipik nümayəndələri- sibir yarası, tulyaremiya, vəba, taun və s.törədiciləridir.
Bakteriyalar yüksək temperatur, işıq şüaları, rütubət və dezinfeksiyaedici maddələrin təsirinə həssasdır. Bəzi bakteriyalar xüsusi kapsula ilə örtülür və spor əmələ gətirir. Sporlar yüksək və aşağı temperatura, qurumaya, dazinfeksiyaedici maddələrin təsirinə çox davamlıdır.[4]
Viruslar – mikroorqanizmlərin xüsusi sinfidir. Ölçüləri çox kiçikdir, canlı toxumadan kənarda yaşaya bilmirlər, buna görə bunları hüceyrədaxili parazitlər adlandırırlar. Günəş və ultrabənövşəyi şüaların, yüksək temperaturun, dezinfeksiyaedici maddələrin təsirinə həssasdırlar. Viruslar 200 — dən artıq xəstəliyın səbəbi ola bilir.[5]
Rikketsiyalar – mikroorqanizmlərin xüsusi qrupudur, viruslar və bakteriyalar arasında yer tutur. İlk dəfə 1909-cu ildə amerikalı patoloq Hovard Taylor Riketts (1871–1910) tərəfindən müəyyən edildiyi üçün onun şərəfinə adlandırılmışdır.[6] Quruluşuna, xarici görünüşünə və ölçülərinə görə bakteriyalara, hüceyrədaxili parazit olmasına, yalnız canlı toxumalarda çoxalmasına görə viruslara oxşayır. Qarın yatalağı, Ku- qızdırması kimi xəstəliklərin törədicisidir.
Göbələklər – çox müxtəlif və geniş çeşiddə olan mikroorqanizmlərdir.
Bitki mənşəli olub mükəmməl quruluşa malikdir, fiziki, kimyəvi təsirlərə və günəş şüalarının təsirinə, qurumağa davamlıdırlar. Koksidioidomikoz,[7] kriptokokkoz[8] və s. kimi xəstəlikləri törədir.
Toksinlər bir sıra mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələn, canlılara yüksək toksiki təsir göstərən, bəzi hallarda ölümə səbəb olan zülali maddələrdir. Botulizm, difteriya, tetanus toksinləri təmiz halda alınmışdır. Hərbi məqsədlə ən çox botulizm toksini və stafilokok enterotoksini diqqəti cəlb edir, bunlar kimyəvi silah növünə daxildir. Toksinlər yüksək bioloyi aktivliyə malikdirlər, belə ki, botulizm toksininin 0,005 – 0,008 mq dozası ölümə səbəb olur.
Kənd təsərrüfatı bitkilərinə təsir edən kimyəvi vasitələr – toksinlər, herbisidlər, defoliantlar və desikantlar istifadə olunur. Bu kimyəvi vasitələr alaq otlarının məhv edilməsi, yarpaqların tökülməsi və bitkilərin qurudulması məqsədilə istifadə olunur. Bu maddələrin kütləvi istifadəsi torpağın sterilizasiyasına, bitkilərin ölməsinə, heyvan və insanların zəhərlənməsinə səbəb olur. 1963-cü ildə Vyetnamda herbisidlərin külli miqdarda istifadə olunması 2000 insanın zəhərlənməsinə (80 ölüm), 1969-cu ildə isə 28500 insanın zəhərlənməsinə (500 ölüm) səbəb olmuşdur.[9]
Bakterioloji silah kimi kənd təsərrüfatı bitkilərinə zərər vuran həşəratlardan istifadə olunur. Kolorada böcəyi, sarança, hessen milçəyi belə həşəratlardandır. Kolorada böcəyi kartof, pomidor, kələm və s. kimi kənd təsərrüfatı məhsullarına ziyan vurur. Sarança böyük ərazilərdə bitki örtüyünə zərər vurma qabiliyyətinə malikdir. Hessen milçəyi buğda, arpa, çovdar kimi dənli bitkilərə ziyan vurur.
Bakterioloji silah məqsədilə taun, vəba, sibir yarası, botulizm, təbii çiçək, tulyaremiya kimi xəstəliklərin törədicilərindən istifadə olunur.
Taun – kəskin infeksion xəstəlikdir. İnkubasion dövrü 1–3 gündür. Xəstəlik kəskin başlayır: ümumi zəiflik, titrətmə, baş ağrısı, yüksək hərarət, huşun alaqaranliğı qeyd olunur. Xəstəliyin ağciyər forması daha ağırdır. Bu zaman ağır ümumi əlamətlərə döş qəfəsində ağrı, bəlğəmli öskürək qoşulur. Xəstə tez zamanda gücünü və huşunu itirir. Artan kəskin ürək-damar çatmamazliği nəticəsində ölüm baş verir. Xəstəlik 2 gündən 4 günədək davam edir.[10]
Vəba ağır gedişli, tez yayılan kəskin infeksion xəstəlikdir. Xəstəliyin törədicisi vəba vibrionları xarici mühit amillərinə qarşı davamlıdır, suda bir neçə ay qala bilir. İnkubasiya dövrü bir neçə saatdan 6 günədək, orta hesabla 1–3 gündür. Əsas əlamətləri – qusma, ishal, qıcolmalərdır. Qusuntu və nəcis düyü həlimini xatırladır. Orqanizm sürətlə mayesini və çəkisini itirir, temperatur 35°-dən aşağı düşür. Ağır hallarda ölüm baş verir.[11]
Sibir yarası əsasən kənd təsərrüfatı heyvanlarının yoluxduğu kəskin infeksion xəstəlikdir. Xəstə heyvanlardan insanlar dəri, tənəffüs yolları, mədə-bağırsaq yolu ilə yoluxur və müvafiq olaraq xəstəliyin dəri, ağciyər və bağırsaq formaları ayırd edilir. Sibir yarasının ağciyər forması ağciyərlərin spesifik iltihabı, hərarətin yüksəlməsi, qanlı bəlğəmli öskürək ilə xarakterizə olunur. Ürək fəaliyyəti zəifləyir və müalicə olunmadıqda 2–3 gündən sonra ölüm baş verir. Sibir yarasının bağırsaq formasında bağısaqda xoralar əmələ gəlir, qarında kəskin ağrılar, qanlı qusma, ishal qeyd olunur. 3–4 gündən sonra ağır hallarda ölüm baş verir. Dəri formasında əsasən dərinin açıq hissələri (əl , üz, boyun, ayaqlar) zədələnir. Mikrobların düşdüyü yerdə qaşınan ləkələr əmələ gəlir. Bu ləkələr 12–15 saatdan sonra içərisində bulanıq və ya qanlı möhtəviyyat olan suluqlara çevrilir. Bu suluqlar partlayır və onların yerində dərin qara xoralar əmələ gəlir. Bu xoraların diametri bəzən 6–9 sm-ə çatır. Xoralar çox ağrılı olur, ətrafında ödem əmələ gəlir. Əlverişli hallarda 5–6 gündən sonra sağalma baş verir, hərarət aşağı düşür.[12]
Botulizm müasir dövrdə güclü zəhər sayılan botulizm toksini tərəfindən törədilir.[13] Yoluxma zədələnmiş dəridən, tənəffuüs yollarından, həzm kanalından və selikli qişqlardan baş verir. İnkubasiya dövrü 2 saatdan 1 sutkayadək olur. Toksin mərkəzi sinir sistemini, azan siniri və ürəyin sinir aparatını zədələyir. Əvvəlcə ümumi zəiflik, başgicəllənməsi, qarında ağrılar, mədə-bağırsaq yolunda pozğunluqlar əmələ gəlir. Sonra əsas əzələ qruplarının: dil, yumşaq damaq, qırtlaq, üz əzələlərinin iflici baş verir. Mədə-bağırsaq əzələlərinin iflici nəticəsində meteorizm və davamlı qəbizlik yaranır. Tənəffüs üzvlərinin iflici nəticəsində ölüm baş verir.[14]
Tulyaremiya törədiciləri suda, torpaqda, tozda uzun müddət sağ qalma xüsusiyyətləri var, yoluxma tənəffüs yolları, həzm sistemi, selikli qişalar və dəri vasitəsilə baş verir. Hərarətin yüksəlməsi, baş ağrıları, əzələ ağrıları ilə başlayır. Xəstəliyin ağciyər, bağırsaq və tifoz forması ayırd edilir.[15]
Təbii çiçək viruslar tərəfindən törədilən, qızdırma və özündən sonra çapıqlar qoyan səpkilərlə xarakterizə olunan xəstəlikdir.[16] Hava və əşyalar vasitəsilə yoluxdurulur.
Bakterioloji silah bakterial vasitələrə və onları tətbiq etmək üçün istifadə olunan döyüş sursatlarına, cihaz və tərtibatlara (raket, aviasiya bombaları və konteynerlər, artilleriya vasitələri) deyilir.
Bakterioloji silahın əsas xüsusiyyətləri bunlardır:
Sanitar-gigiyenik tədbirlərə aşağıdakılar aiddir:
İnfeksion xəstəlikdən qorunmağın əsas yollarından biri şəxsi gigiyena qaydalarına riayət etməkdən ibarətdir:
İnfeksion xəstəliklər ocağında sakinlər öz mənzil və ev əşyalarını dezinfeksiya etməlidirlər. Bunun üçün müxtəlif maddələrdən (xlorlu əhəng, xloramin, qələvilər, formalin, lizol) istifadə olunur. Divarlar, tavan, döşəmə, mebel və ağac əşyalar dezinfeksiyaedici maddələrlə isladılmış əskilərlə silinir. Yumşaq mebel əvvəlcə tozsoranla təmizlənir, sonra isə 3%- li xloramin məhlulunda isladılmış əski ilə silinir. Pambıq paltarlar 2% – li soda məhlulunda 2 saat ərzində qaynadılır, qaynar ütü ilə ütülənir. Qaynatmaq mümkün olmayan əşyalar, ayaqqabılar, xalça, yastıq və s. dezinfeksiya stansiyalarında təmizlənir. Yaşayış mənzilləri, fərdi mühafizə vasitələri də dezinfeksiya olunur. İşlənmiş əskilər, materiallar xüsusi yerlərdə toplanılır və yandırilir. Mənzilləri dezinfeksiyaetmək üçün 5% – li xlorlu əhəng məhlulundan istifadə olunur. Dezinfeksiya işləri aparan şəxslər işdən sonra tam sanitar təmizləməsindən keçirlər. Stasionar yuma məntəqələrində, hamam və ya xüsusi yaradılmış yuma meydançalarında tam sanitar təmizləməsi aparılır. Bu meydançalarda 3 otaq: soyunma, yuyunma və geyinmə otaqları ayrılır. Bundan başqa yoluxmuş əşyaları zərərsizləşdirmək üçün şöbə vardır. Soyunma otaqlarında üst paltarlar, baş örtüyü, dərini qoruyan vasitələr çıxarılır. Bu paltarlar xidməti işçilər tərəfindən zərərsizləşdirmək üçün xüsusi şöbəyə aparılır. Yuyunma otağına girişdə əleyhqaz çıxarılır, selikli qişalar 2% – li soda məhlulu ilə silinir, hər adama sabun və lif verilir. Yuyunma otaqlarında sabun və isti su ilə əvvəcə əllər sabunlanır, üz, baş yuyulur, sonra isə bütün bədən yuyulur. Duş altında yuyunma 10 – 15 dəq. davam edir. Geyinmə otaqlarında tam sanitar təmizləməsi keçənlər tibbi baxışdan keçib ya təmizlənmiş öz paltarlarını ya da ehtiyat fonddan paltarlar geyinirlər.
Bakterial zədələnmə ocağında əhalinin təcili profilaktik müalicəsi aparılır. Bu müalicəni obyektə təhkim olunmuş tibb işçiləri, sahə tibb işçiləri, həmçinintibb birləşməsinin şəxsi heyəti aparır. Hər bir sanitar drujinasına müəyyən sahə ayrılır. Sutkada 2–3 dəfo sanitar drujinaçıları ərazini gəzir, əhaliyə müalicəvi preparatlar paylayır. Profilaktika məqsədilə geniş spektrli antibiotiklər verilir. Aİ 2 aptekçədə olan Idərmanlardan insanlar sərbəst istifadə edirlər. Törədici məlum olduqda bu xəstəlik üşün spesifik olan antibiotik, zərdab və s. ilə təcili profilaktika aparılır. Epidemik prosesin gedişinə sosial faktorlarm təsiri böyükdür. Əhalinin yaşayış şəraiti, əhalinin sıxlığı, sanitar mədəniyyəti, miqrasiya prosesləri, profilaktik tədbirlərin vaxtında aparılması böyuk rol oynayır. İnfeksion xəstəliklərə qarşı tibbi tədbirlər profilaktik və epidemiya əleyhinə olmaqla 2 yerə bölünür. Profilaktik tədbirlərin məqsədi infeksion xəstəliyin əmələ gəlməsinin qarşısını almaqdır və infeksion xəstəliyin olub — olmamasından asılı olmayaraq aparılır. Epidemiya əleyhinə tədbirlər epidmik ocaqda infeksiyanın ləğvinə yönələn tədbirlər kompleksidir. Bu tədbirlər əsas 3 istiqamətdə aparılır:
Karantin – bakterial zədələnmə ocağını tam təcrid etmək, infeksion xəstəliyin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən epidemiya əleyhinə rejimli profilaktika tədbirlər sistemidir. Karantinin məqsədi zədələnmə ocağını tam təcrid etmık və xəstəliyi aradan qaldırmaqdır. Rejimli tadbirlərə aiddir: zədələnmə ocağını təcrid etmək, əhalini kiçik qruplara bölmək, ocaqda komendant xidməti yaratmaq, əraziyə giriş və çıxışı qadağan etmək, ev əşyalarının və heyvanlarının ərazidən çıxarılmasına qadağan qoymaq, ocağın içərisində hərəkəti məhdudlaşdırmaq.
Epidemiya əleyhinə tədbirlərə aiddir: təcili profilaktika, xəstələrin və şübhəlilərin müəyyən olunması, təcrid olunması, qospitala göndərilməsi və müalicə olunması, əhalinin sanitar təmizlənməsi, Ərazinin, nəqliyyatın, əşyaların, mənzillərin dezinfeksiyası.
Karantin qoyulan ərazidə bütün müəssisələrdə işlər dayandırılır, tədris müəssisələrində dərslər dayandırlır, bazarlar və əhalinin kütləvi yığıldığı yerlər bağlanılır. Fəhlə və qulluqçular profilaktik sanitariya təmizlənməsindən keçirilir. Karantin zonasına giriş mülki müdafiə qərargahı rəisi tərəfindən yalnız xüsusi birləşmələrə verilir. İşini davam etdirın xalq təsərrüfatı obyektləri xüsusi rejimə keçirilir, işçılər kiçık qruplara bölünür, onlar arasında kontakt azaldılır. Qidalanmaq və istirahət üçün xüsusi otaqlar ayrılır. Əhaliyə evlərindən çıxmamaq tövsiyə olunur, ərzaq , su lazım gəldikdə xüsusi dəstələr vasitəsilə evlərə çatdırılır. Karantin müddəti son xəstənın təcridindən sonra xəstəliyin inkubasiya dövrü müddətinə uyğun vaxt keşdikdən, şəxsi heyətin tam sanitariya təmizlənməsi və yoluxmuş obyektlərin dezinfeksiyası başa çatdıqdan sonra təyin olunur. Tibb xidmətinin şəxsi heyəti xüsusi təhlükəli xəstəliklə yoluxmuş xəstələrə xidmət zamanı taun əleyhi qoruyucu kostyumlarda işləyirlər.
Xəstəlik xüsisi təhlükəli xəstəliklərə aid olmadıqda və kütləvi xəstələnmə təhlükəsi olmadıqda observasiya rejimi təyin olunur.
Observasiya – epidemiya ocağındayolxucu xəstəliklərin qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə – məhdudlaşdırma və müalicə – profilaktik tədbirlər sisteminə deyilir.[17] Observasiya zamanı aşağıdakı işlər görülür: