IX əsr: 860–869 |
---|
860-cı illər — Qriqori təqvimində 860-cı il yanvarın 1-də başlayan və 869-cu il dekabrın 31-də bitən onillikdir.
Şirvanın istiqlaliyyətinin bərpa edilməsi. Abbasilər sülaləsinin dağılması gedişində Şirvanşahlar dövləti yarandı. Bu dövlətin ərazisi Dərbənddən Kür çayına qədər Xəzər dənizi sahillərindəki torpaqları əhatə edirdi. Bu dövləti Məzyədilər sülaləsinin nümayəndələri idarə edirdilər. Sülalənin əsasını vaxtı ilə Azərbaycanda vali olmuş Yezid ibn Məzyəd qoymuşdu. 861-ci ildə Məzyədilər sülaləsindən Heysəm ibn Xalid Şirvanı müstəqil elan etdi və Şirvanşah titulunu qəbul etdi.[1]