8 qadın filmi rejissor Fransua Ozon tərəfindən 2002-ci ildə ekranlaşdırılmışdır. Əsas rolları Lyudivin Sanye, Virjini Leduayen, Katrin Denöv, Daniel Daryö, İzabel Yupper, Firmin Rişar, Emmanuel Bear və Fanni Ardan ifa edirlər.
8 qadın | |
---|---|
8 femmes | |
Janr |
müzikl komediya detektiv |
Əsas mövzu | Ailə[2], sevgi[2], Gizli[d][2], yalan[2], Cinsi həvəs[2], Femininlik[3] |
Rejissor | Fransua Ozon |
Prodüser | Olivye Delbosk |
Əsərin müəllifi | Robert Toma |
Ssenari müəllifi | Fransua Ozon |
Baş rollarda |
Lyudivin Sanye Virjini Leduayen Katrin Denöv Daniel Daryö İzabel Yupper Firmin Rişar Emmanuel Bear Fanni Ardan |
Operator | Janna Lapuari |
Bəstəkar | Krişna Levi |
İstehsalçı | Fidélité Productions |
İlk baxış tarixi | 2002, 11 iyul 2002[4] |
Müddət | 111 dəq.[1] |
Ölkələr | Fransa |
Dil | fransızca |
İl | 2002 |
Rəng | rəngli |
IMDb | ID0283832 |
1950-ci illər. Milad vaxtı fransız imarətində böyük ailə toplanır. Burada dəhşətli qətl hadisəsi baş verir, evin sahibi öldürülür. Kimsə telefonu kəsmiş, avtomobilləri xarab etmişdir. Hər tərəf qardır və getməyə yer yoxdur. Evdə 8 qadın var: mərhumun həyat yoldaşı, 2 qızı, bacısı, qayınanası, baldızı, xidmətçi və aşpaz. Beləliklə, daxili təhqiqat başlayır. Çünki qatil məhz bu qadınlardan biridir...
Lyudivin Sanye — Katrin
Virjini Leduayen — Syuzon
Katrin Denöv — Qabi
Daniel Daryö — nənə
İzabel Yupper — Oqüstina
Firmin Rişar — Madam Şanel
Emmanuel Bear — Luiza
Fanni Ardan — Pyeretta
Dominik Lyamyur — Marsel