99 frank (roman)

99 frank (fr. 99 francs) — fransız yazıçısı Frederik Beqbederin 2000-ci ildə dərc edilmiş romanı. Romanın adı onun Fransadakı satış qiyməti ilə üst-üstə düşür. Roman dərc edildiyi ildə Fransada satışların liderinə çevrilmişdi.

99 frank
fr. 99 francs
Müəllif Frederik Beqbeder
Orijinalın dili fransızca
Ölkə Fransa Fransa
Orijinalın nəşr ili avqust, 2000
Əvvəlki Məhəbbət üç il yaşayır

Romanın mahiyyəti və süjeti

[redaktə | mənbəni redaktə et]

"99 frank" romanı reklammarketinq bazarını tənqid edən satiradır. Romanın ideyası V.Pelevinin "Generation P" romanının ideyasına bənzəyir, lakin bu romanda satira daha kəskindir.

Romanın baş qəhrəmanı reklam agentliyində kopirayter işləyən Oktav eyni işdə işləmiş Beqbederin alter-eqosudur. Oktavın işi reklam kampaniyaları üçün ideyalar və sloqanlar ("titrlər") fikirləşməkdir. Romanın mərkəzi süjeti Oktavın "Manon" süd şirkəti üçün reklam hazırlaması ətrafında cərəyan edir. Reklamın hazırlanması prosesini müvafiq terminologiya ilə detallarınadək təsvir edən yazıçı Oktavın dilindən "istehlak cəmiyyəti"ni, hər şeyin, hətta hisslərin də alınıb satıldığı cəmiyyəti və reklamın müasir dünyadakı hökmran rolunu tənqid edir.

Müəllif Oktavı Onore de Balzakın qəhrəmanı olan Rastinyakla müqayisə edir və Oktavı onun xələfi adlandırır.[1]

Beqbeder hesab edir ki, reklam həm də ideologiyadır, çünki bizə müəyyən həyat, geyim, düşüncə tərzini satırlar. Qadın nümunələri və davranış nümunələri var. Əgər sizin maşınınız və eviniz "məsləhət görüləndən" deyilsə, mebelinizi "İkea"dan almırsınızsa, siz ömrünüz boyu bədbəxt olacaqsınız.[2]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Almaniyada bu roman "39,90", Böyük Britaniyada "9,99", Yaponiyada "999" adı altında dərc edilmişdi. 2002-ci ildə Avropa Birliyi avroya keçəndə naşirlər romanın adından da dəyişiklik edib məzənnəyə uyğun olaraq "14,99 E" adı altında nəşr etdilər.[3]
  • Beqbeder müsahibəsində etiraf etmişdi ki, V.Pelevinin "Generation P" romanını oxumuşdur.[2]
  • Yazıçı bir müsahibəsində bildirmişdi ki, bu romanı yazdıqdan sonra "Danon" şirkətinin məhsullarını boykot etməyə çalışsa da, bu çox çətin idi, çünki şirkət öz seqmentində Fransa bazarının 77%-nə nəzarət edir.[1]
  • Yazıçı roman çap edildikdən sonra işlədiyi reklam agentliyindən işdən çıxarılmışdı.[4]
  • Bəzi tənqidçilər Beqbederi bu romanı yazarkən Uelbek, Bret İston Ellis və İrvin Uelşin ədəbiyyata gətirdiyi stil və üsullardan istifadə etməkdə ittiham edirlər.[5]

Romandan sitatlar

[redaktə | mənbəni redaktə et]
  • Ölüm - sizin bloknotunuzda qeyd edilməmiş yeganə görüşdür.
  • Eyni zamanda həm dünyaya boyun əymək, həm də onu dəyişmək olmaz.
  • "İstehlak etmək" və "məhv etmək" anlayışları arasında fərq elə də böyük deyildir.
  • Mənəviyyat, ola bilsin ki, darıxdırıcı şeydir, amma hələ ki xeyir və şəri fərqləndirməyin daha yaxşı üsulu mövcud deyil.
  • Varlılarla kasıblar arasında fərqin nə olduğunu bilirsinizmi? Kasıblar narkotik satırlar ki, özlərinə "nayki" alsınlar. Varlılar isə "nayki" satırlar ki, özlərinə narkotik alsınlar.

Ekranlaşdırılması

[redaktə | mənbəni redaktə et]

2007-ci ildə romanın əsasında rejissor Yan Kunen tərəfindən eyniadlı film çəkilmişdir.Oktav rolunu aktyor Jan Düjarden ifa etmişdir.

  1. 1 2 Интервью с Бегбедером. Завтрак с кокаином, 2014-07-02 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2014-04-16.
  2. 1 2 Интервью с Бегбедером. Радио "Эхо Москвы", 2011-05-21 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-16.
  3. 99 франков по курсу, 2021-07-27 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-16.
  4. Интервью, 2014-07-12 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2014-04-16.
  5. Всего за 99 у.е. Писатель Бегбедер - француз без одного франка, 2016-03-04 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2014-04-16.