9 dəqiqə filmi rejissorlar Xamiz Muradov və Tofiq Məmmədov tərəfindən 1999-cu ildə çəkilmişdir. Film "Azərkinovideo" istehsalat birliyinin sifarişilə "Salnamə" sənədli filmlər studiyasında[1] istehsal edilmişdir. Film ağır həyat şəraitinə məruz qalan qaçqınlardan bəhs edir. Burada doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranı canlandırılıb.[2] Film 2000-ci ildə film "Humay" Mükafatına, 2003-cü ildə isə "Ən yaxşı sənədli film" nominasiyası üzrə “Qızıl Çıraq” Milli Kino Mükafatına layiq görülüb.
9 dəqiqə | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissorlar |
Xamiz Muradov Tofiq Məmmədov |
Ssenari müəllifi | Aydın Dadaşov |
Operator | Rəfael Salamzadə |
İstehsalçı | "Salnamə" sənədli filmlər studiyası |
İlk baxış tarixi | 2000 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 9 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1999 |
Texniki məlumatlar |
1 hissə 265 metr[1] |
Rəng | ağ-qara |
Film uzun illər vaqonlarda yaşamağa məcbur olan Azərbaycan qaçqınlarının həyat və məişətinə həsr edilmişdir.[1]
Burada həyat davam edir. Xəstə qoca radionu qoşur və radioda gedən verilişlər fonunda qapı ağzından görünən qatar vaqonlarının şütüyərək keçməsilə müəlliflər tamaşaçıya zamanın ötüb keçməsini izah edir. Ana uşağını doydurur, ayağını itirmiş müharibə veteranı nisgilli halda protezini taxır, nənə ip əyirir, uşaqlı ana xalça toxuyur. Burada şad günlər də olur, bəd günlər də. Şad günləri müəlliflər xudmani toy səhnəsilə, bəd günləri isə xəstə qocanın ölümü ilə göstərirlər. Zaman yenə ötüb-keçir, həyat öz axarıyla davam edir və filmin sonunda dünyaya yeni uşaq-yeni nəsil gəlir...
Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov
Operator: Rəfael Salamzadə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Azərbaycan filmlərinin siyahısı
1999-cu ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı