Açıq bazar əməliyyatları -Tədavüldə olan pul və kredit kütləsini tənzimləmək məqsədilə daxili pul bazarında dövlət qiymətli kağızlarının alqı və satqısı vasitəsilə maliyyə bazarlarına Mərkəzi Bankın müdaxiləsi. Mərkəzi Bankın müdaxiləsi qısa müddətli dövlət istiqrazlarının bazara buraxılması və ya bazardan çəkilməsi yolu ilə həyata keçirilir. Açıq bazar əməliyyatlarının əsas hədəfləri inflyasiya səviyyəsinin, pul kütləsinin, valyuta məzənnəsinin tənzimlənməsi ola bilər.[1]
Mərkəzi Bank əsasən Hökumətin qiymətli kağızlarının alqı-satqısı ilə məşğul olur (əsasən banklarla), lakin bununla yanaşı özü də qiymətli kağızların emissiyasını həyata keçirə bilər. Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda dövriyyədə olan pul kütləsi azalır, alındıqda isə pul kütləsi artır. Qiymətli kağızlar birbaşa, habelə REPO və əks-REPO formasında alınıb satıla bilər.[2]