Açıq sarı dən sovkası (lat. Hadena irregularis) — pulcuqqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid növ.
Açıq sarı dən sovkası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Açıq sarı dən sovkası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qanadları açılmış halda 30–32 mm-dir. Ön qanadları açıq-sarı rəngdədir. Yumuru naxışı ağdır, ortası açıq-boz rənglidir, böyrəkşəkilli naxışın əsası tutqundur. Pazşəkilli naxış aydın görünmür. Arxa qanadları qonuru-bozdur, alt tərəfi açıq rəngdə olub, üzərində iki eninə zolaq və aypara şəklində naxış var.[1]
Avropa, Rusiyanın cənubu və cənub-şərqi, Qazaxıstanın şimalı, Kiçik Asiya və Qafqazda yayılməşdır. Azərbaycanda isə Böyük (Zaqatala) və Kiçik Qafqazda (Hacıkənd) rast gəlinir.[2]
Dağətəyi və dağ meşələrinin açıqlığı. Həyat tərzi öyrənilməmişdir. Kəpənək iyun və iyul aylarında uçur. İyulun əvvəllərində tırtılı soğan və qoyunqulağı üzərində yaşayır.[3]
Azsaylıdır. 5 kəpənəyi işıqdan tutulmuşdur.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək.