Bu, tənha məqalədir. Çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. |
Açə Sultan Qacar — Səfəvi dövlətinin Qacar tayfasına mənsub olan hərbi və dövlət xadimi. 1514-1517-ci illərdə Urfanın hakimi olmuşdur.[1]
Açə Sultan Qacar | |
---|---|
Qadurmış xan | |
1514 – 1517 | |
Sonrakı | Osmanlı işğalı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Vəfat tarixi | XVI əsr |
Milliyyəti | türkman |
1514-cü ildə Urfanın hakimi təyin edilərkən ona "Qadurmış xan" fəxri adı verilmişdir. Bu adın verilməsinin səbəbi onun Səfəvi dövlətinin əsasını qoyan Şah İsmayılın düşməni olan Ağqoyunlu Murad Mirzəni şəxsən qətlə yetirməsidir.[1]
Açə Sultan Qacar Şah İsmayılın hakimiyyəti dövründə dövlətin etimad göstərdiyi iki Qacar tayfası mənsubundan biridir.[2] Bir digər Qacar əmiri isə Qara Piri bəy Qacardır. Lakin bu iki əmirdən heç biri Səfəvi dövləti idarəçiliyinin ən yüksək mövqelərinə yüksəlməyi bacara bilməmişdirlər.[2]