Qara Piri bəy Qacar (XV əsr – XVI əsr) — ilk Qarabağ bəylərbəyi (1501-1512), Səfəvi ordusunun komandanı. Zeynalabidin Əli "Təkmilət ül-Əxbar" əsərində yazır ki, göstərdiyi igidliyə görə "Tozqoparan" ləqəbini almışdır.
Qara Piri bəy Qacar | |
---|---|
1501 – 1512 | |
Əvvəlki | təsis edilib |
Sonrakı | Hüseyn bəy Ustaclı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Vəfat tarixi | XVI əsr |
Uşağı | Rüstəm bəy Qacar |
"Qızılbaşlar tarixi" müəllifinin qeyd etdiyinə görə, Qara Piri bəy Qacar 1512-ci ildə Nəcmi Sani ilə birlikdə Qicduvanda öldürülmüşdür.[1]
I Şah Təhmasibin şahlığı dönəmində Muğan və Arasbara, yəni Qaradağın şərq hissəsinə Bəyazid sultan Bəydili-Şamlı başçılıq edirdi. Qaradağ sufiləri əsasən qərb yörələrdə hakim təyin edilirdilər. Qaradağ sufilərindən bizə bəlli olan ilk əmir Ənsar xəlifədir. Ənsar xəlifə uzun illər Qaradağ vilayətinin hakimi olmuşdu.