Açxoy-Martan

Açxoy-Martan (çeç. Iашхой-Марта, Тӏехьа-Марта) — Çeçenistan Respublikası, Açxoy-Martan rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Axçoy-Martan rayonunun və Axçoy-Martan kənd sovetliyinin mərkəzidir[3].

Açxoy-Martan
ӏашхой-Марта, Тӏаьхьа-Марта
43°11′38″ şm. e. 45°17′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1846
Mərkəzin hündürlüyü 250 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 31.286 nəf. (2024)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 366600
Xəritəni göstər/gizlə
Açxoy-Martan xəritədə
Açxoy-Martan
Açxoy-Martan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kəndin mərkəzi məscidi

Kənd Qroznıdan 40 km cənub-qərbdə yerləşir. Kəndin mərkəzindən Sunja çayının qolu olan Fortana çayı axır (çeç. Марта), şərq hissəsindən isə Açxo çayı keçir (çeç. Iашхо, Iашху). Kəndin adı bu iki çayın adından ortaya çıxmışdır — Açxu və Martan.

Kənddən 6 km şimalda "Qafqaz" federal yolu keçir. Ən yaxın dəmiryolu stansiyası olan Samaşkiyə olan məsafə 15 km-dir (1994-cü ildən fəaliyyət göstərmir).

Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə Bamut, şimal-qərbdə Assinovskaya, şimalda Yeni Şaroy, şimal-şərqdə Şaami-Yurt, Katar-Yurt, cənub-şərqdə Yandi və Köhnə Açxoy.

1944-cü ildə Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra İtum-Kali kəndi Novoselskoe olaraq adlandırılır[4].

1957-ci ildə Çeçen-İnquş Mustar sovet Sosialist Respublikasının bərpa edilməsindən sonra kəndin əvvəlki adı özünə qaytarılır.

Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]
Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 20 113 99,7 %
digərləri 59 0,3 %
ümumi 20 172 100,00 %

Mərkəzi rayon kitabxanasında 70 minə yaxın kitab var. Həmçinin kənddə respublikada birincisi olan "Elbrus" gənclər məlumat mərkəzi fəaliyyət göstərir.

9 orta və səkkiz illik məktəb, 3 böyük uşaq bağçası vardır. Hərbi əməliyyatların başlamazdan əvvəl kənddə ölkənin ən böyük orta ixtisas texniki məktəblərindən biri, habelə internat məktəbi faəliyyət göstərirdi.

Taxılçılıq, maldarlıq və bağçılıqla məşğul olan kənddə Açxoy-Martan sovxozu təşkil edilmişdir.

Respublikada ən böyük toxum emalı zavodu fəaliyyət göstərir.

Plastik fabriki respublikada ən böyük tikinti materialları istehsal edən müəsisələrdən biridir.

Axçoy-Martan idmançıları cüdo, karate, taekvondo və boks yarışlarında əla nəticələr göstərirlər.

2005-ci ildə kənddə "Ramzan"[6] idman klubunuin filialı fəaliyyətə başlamışdır.

Üstəlik kənddə "Marta" futbol klubu və "Axçoy" voleybol komandası fəaliyyət göstərir.

  1. 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  3. "Код ОКАТО 96 202 802 000 — Ачхой-Мартановская сельский округ (сельсовет)* (Ачхой-Мартановский район)". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  4. Указ Президиума Верховного Совета РСФСР о переименовании некоторых сельских советов и населённых пунктов Грозненской области Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine (см. документ № 100)
  5. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населенным пунктам, сельским населенным пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  6. "Ачхой-Мартан живёт активной спортивной жизнью". 2012-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-24.