Bu məqalənin neytrallığı şübhə doğurur. |
Ağır Romantik ssenaristi və rejissoru Deniz Denizciler tərəfindən 2020-ci ildə çəkilmiş Türk kinosu komediya Romantik film. Əsas rollarda Tuvana Türkay, Onur Tuna[4][5], Sermiyan Midyat və Altan Erkekli çəkilmişlər.
Ağır Romantik | |
---|---|
türk. Ağır Romantik | |
Janr | Romantik film komediya |
Rejissor | Deniz Denizciler |
Prodüserlər |
Ruhi Əliyeva Liatris Yapım[1][2] |
Ssenari müəllifi | Deniz Denizciler |
Baş rollarda |
Tuvana Türkay Onur Tuna Sermiyan Midyat Altan Erkekli Durul Bazan Semra Dinçer |
Bəstəkar | Yıldıray Gürgen |
Rəssam | Barış Işık |
İlk baxış tarixi | 5 Mart 2020[3] |
Müddət | 97 dəqiqə |
Ölkə | Türkiyə |
Dil | Türk dili |
İl | 2020 |
Rəng | rəngli |
IMDb | ID10806028 |
14 fevral-Sevgililər Günündə Türkiyənin bütün şəhərlərində, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq. Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 12-i İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək.[6]
Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. Bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir.
Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evlənməyə qədər uzanan romantik münasibətlərə başlayırlar. Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir. Kərəmin atası (Altan Erkekli) İstanbulun ən böyük oğru dəstəsinə rəhbərlik edir. Aslının dayısı isə Təhlükəsizlik Müdiridir (Sermiyan Midyat) və məqsədi bu qarətçi dəstəni çökdürməkdir. Aslı və Kərəmin xoşbəxt günləri, heç vaxt sonunu unutmayacaqları bir günə çevrilir.[7]
Azərbaycanlı iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris yapım” şirkəti tərəfindən çəkilişlərinə başlanılan “Ağır romantik” filminin çəkilişləri Türkiyədə səs-küyə səbəb olub.
News24.az xəbər verir ki, ekran işinin çəkilişləri İstanbulda Taksimin məşhur küçəsində davam edib. Türkiyə mediasında yayımlanan xəbərdə iş xanımı Ruhi Əliyevanın xüsusi müraciəti əsasında alınan icazədən sonra küçənin insanlarla dolu olduğu saatda filmin silahlı atışma səhnəsi çəkilib.
Çəkiliş zamanı çox sayda silahdan açılan atəş və avtomobilin həqiqi silahla güllələnməsi ətrafda olan insanların və turistlərin marağına səbəb olub.
Baş rolu canlandıran Onur Tunanın atışma səhnəsi zamanı əhvalının yüksək olması da gözlərdən yayınmayıb. Rejissorluğunu Deniz Denizçilerin etdiyi filmdə baş rolları Onur Tuna ilə yanaşı, Tuvana Türkay canlandırır. Həmçininin “Ağır romantik”də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.[8]
Oyunçu | Xarakter |
---|---|
Tuvana Türkay[9] | Aslı Egeli[10] |
Onur Tuna[11] | Kerem Babayiğit |
Sermiyan Midyat[12] | Danyal |
Altan Erkekli | Servet Babayiğit |
Durul Bazan | Haktan Hakyemez |
Semra Dinçer | Nermin |
Servet Pandur | Nejla Egeli |
Gazanfer Ündüz | Nejat Egeli |
Arif Selçuk[13] | Halo Dayı |
İsmail Nadir Bilgili | Nadir |
Funda Dönmez | Nazlı |
Egemen Şimşek | Cafer |
Ersel Şibil | Sevcan |
Ali Rıza Tanyeli | Reşat |
Mustafa Dok | |
Samet Denizdurduran |