Türk kinosu

Türkiyə kinosu və ya Yeşilçam Türkiyə filmləri incəsənəti və sənayesinə aiddir. Bu, Türkiyə mədəniyyətinin mühüm tərkib hissəsidir və son illər ərzində çiçəklənmişdir. Son vaxtlar Ərəb dünyasında və nadir hallarda, Birləşmiş Ştatlarda maraqla qarşılanır. Osmanlı imperiyasında nümayiş etdirilən ilk film Lümyer qardaşlarının çəkdiyi La-Sota vağzalına qatarın gəlməsi filmi idi. Türkiyə istehsalı olan ilk film rejissoru Fuat Uzkınay olan və çəkilişi 1914-cü ildə tamamlanmış Ayastefanosdakı rus abidəsinin yıxılması adlı sənədli filmdir. Türkiyədə ilk səsli film 1931-ci ildə nümayiş etdirilmişdir.

Türkiyə kinosu
Ekran sayı2,093 (2012)[1]
Əsas distribyutorlarUnited International Pictures 34.8%
Warner Bros. 21.9%
Tiglon 18.9%[2]
İstehsal olunan bədii filmlər (2012)[3]
Cəm61
Buraxılış sayı (2012)
Cəm43,935,763
 • Adambaşına düşən0.6 (2012)[4]
Milli filmlər20,487,220 (47.0%)
Ümumi gəliri (2012)[1]
Cəm234 milyon $
Milli filmlər109 milyon $ (46.6%)
Mövzuya dair məqalələrin siyahısı
Türkiyə mədəniyyəti

Türk mədəniyyəti

Tarix • Ədəbiyyat • Dillər • Təsviri incəsənət
Memarlıq • Kinematoqrafiya • Televiziya • Mətbəx • Təhsil • Din • Musiqi • Bayramlar • Elm
"Türkiyə" portalı

Türkiyə kinosunun dövrləri

[redaktə | mənbəni redaktə et]
Türkiyədə göstərilən ilk kinoteatr filmi olan La-Sota vağzalına qatarın gəlməsi filminin afişası
Milli kinoteatr(1910) və Hilal (solda), Xalq Teatrı (sağda)[5]
İlk türk filmi Ayastefanosdakı rus abidəsinin yıxılması, İlk Türk Kinematoqrafçısı Fuad Uzkınay tərəfindən 14 noyabr 1914-cü ildə İstanbulda çəkilmişdir

Osmanlının kinoteatrla tanışlığı ilk dəfə 1895-ci ildə baş vermişdir. Lümyer qardaşların çəkdiyi La-Sota vağzalına qatarın gəlməsi filminin, 29 dekabr 1895-ci ildə, Parisdəki ilk nümayişindən təxminən bir il sonra, bir alman yəhudisi olan Ziqmund Uenberq tərəfindən, İstanbulda Qalatasarayda bir barda göstərilməsi ilə Türk cəmiyyəti kinoteatrla tanış olmuşdur.

Türkiyədə xalqa açıq ilk kinoteatr 19 mart 1910-cu ildə, İstanbulda Şahzadəbaşında[türk.] "Milli Kino" adı altında fəaliyyətə başlamışdır. O zaman İstanbul liseyində film nümayişləri keçirən komanda maddi imkan taparaq ikinci Türk kinoteatrını Əli Əfəndi Filmlərini açmışdır. Türkiyədə kinoteatrın təşəkkülü I Dünya Müharibəsi dövründə baş vermişdir. Alman ordularının, filmləri bir təbliğat amili kimi və əsgərlərin təhsili üçün istifadə etdiyini görən, dövrün Osmanlı İmperiyası Ali Baş Komandan Vəkili və Hərbi Naziri vəzifələrini davam etdirən Ənvər Paşa, kino faktının əhəmiyyəti hiss etmiş və 1915-ci ildə Mərkəzi Ordu Kinoteatr Dairəsini (MOSD) quraraq, Türk kinoteatrının təşəkkülünün əsasını qoymuşdur. MOSD-nin yaradılması və sonrakı dövrdə istehsal olunan hekayəli filmlər kino tarixi üçün o illərin ən mühüm inkişafı idi.[6] Həmin dövrdə Fuad Uzkınayın çəkdiyi Ayastefanosdakı rus abidəsinin yıxılması adlı sənədli film Türkiyə kinosunun ilk əsəri olaraq 14 noyabr 1914-cü ildə ekrana girmişdir.150 metrlik sənədli film olaraq çəkilən filmin günümüzə heç bir surəti gəlib çatmamışdır.[7]

1916-cı ildə Müdafiə Milliyə Cəmiyyətidə[türk.] alınan qərarla kino fəaliyyətinə başlanılmış, Almaniyadan gətirdiyi alətlərlə film çəkilişlərinə başlayan cəmiyyət, müharibədən görüntülərin də yer aldığı filmlər hazırlamışdır.

İlk mövzulu Türk filminin, hər ikisi də 1917-ci ildə Müdafiə Milliyə Cəmiyyəti tərəfindən çekilen, 3 Pəncəvə ya Casus adlı filmlər olduğu barədə mübahisələr var. Əslində Türkiyə kinosunda ilk süjetli film sınağı Leblebici Horhor Ağa olmasına baxmayaraq film aktyorların birinin ölməsi səbəbi ilə tamamlanmamışdır. İkinci film isə Hümmət Ağanın İzdivacı olmasına baxmayaraq, filmin aktyorları Çanaqqala müharibəsində iştirak etdiklərindən çəkilişlər ancaq 1918-ci ildə tamamlanmışdır.[8]

1919-cu ildə çəkilmiş və rejissoru Əhməd Fehim olan Dayə adlı film senzuraya məruz qalan ilk Türk filmidir. Türkiyə kinosunda ilk komediya filmi seriyasına isə 1917-ci ildə başlanmışdır. Rejissorluğunu Hüseyn Şadı Karagözoğlunun etdiyi Bican Əfəndi İqtisadçı adlı 1917-ci ildə çəkilmiş Türk komediya filmi böyük maraq görüncə,1921-ci ildə Bican Əfəndi Məktəb müəllimi və elə həmin ildə Bican Əfəndinin yuxusu adlı komediya filmləri çəkilmişdir.

Bu dövrdə Türk Kinoteatrlarının ilk səsli filmi, Türkiyə, Misir və Yunanıstanın birlikdə istehsalə olan İstanbul Küçələrində filmi çəkilmişdir. Bundan başqa ilk qısametrajlı film də bu dövrdə çəkilmişdir.1931–1950 illəri arasındakı ən mühüm hadisə Türkiyə kinosu Cəmiyyəti tərəfindən təşkil olunan müsabiqə olmuşdur. Yarışda Şakir Sırıqlının Unudulan Sirr filmi "ən gözəl film" seçilmişdir.1949-cu ildə çəkilən Fəryad filmi ilk Türk qorxu filmi, 1953-cü ildə çəkilən Xalçaçı Qız filmi isə çəkilən ilk rəngli Türk filmi olmuştur.

Türkiyə kinosu tarixindəki 2-ci müsabiqə bu dövrdə İstanbul Yerli Film Müsabiqəsi adı altında keçirilmişdir. Həmçinin qapalı kinoteatrların yaradılması və rəngli filmlərin çəkilməsi ilə Türk kino tarixində böyük bir mərhələ başlanmışdır. İstehsal olunan film sayının 789-a çatdığı bu illərdə, baş verən bütün bu proseslərin işığında, 1963-cü il istehsalı olan Susuz Yaz filmi beynəlxalq festivallarda mwkafat alan ilk Türk filmi olmuşdur.

Bu dövrün göstəricilərə baxdıqda, ağ-qara filmlərin rəngli filmlərin arxasında qaldığı görsənir. Bundan başqa, bu illərdə cizgi filmləri ilə bağlı işlər görülmüş və yarışlar keçirilmiş, xarici film festivallarında uğurlar və beynəlxalq sahədə mükafatlar əldə edilmişdir.

  • Prades Film Şənliyində alınan xüsusi mükafat.
  • Nantın Film Şənliyində jüri xüsusi mükafatı.
  • Haaqa Film Şənliyində alınan mükafat.
  • Beynəlxalq Milan Film Sərgisində Ömər Qovurun çəkdiyi Yusif və Kənan filminin aldığı böyük mükafat.

Bu dövrdə ağ-qara filmlər tarixə qarışmışdır. Xarici romanlar və abidələr Türkcəyə tərcümə olunaraq filmə çevrilmişdir. Həmçinin Toronto Kino Fondu və Ottava Səfirliyinin dəstəyi ilə Türkiyədə ilk kütləvi film nümayişi keçirilmiş və beləliklə Türkiyə kinosu qloballaşma mövzusunda ilk addımını atmışdır.

Önəmli şəxslər

[redaktə | mənbəni redaktə et]

Önəmli filmlər

[redaktə | mənbəni redaktə et]

Klassik filmlər

[redaktə | mənbəni redaktə et]

Müasir filmləri

[redaktə | mənbəni redaktə et]

İqtisadi cəhətdən uğurlu filmləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 "Market Study - Turkey" (PDF). German Films. 12 November 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 9 November 2013.
  2. "Table 6: Share of Top 3 distributors (Excel)". UNESCO Institute for Statistics. 24 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 November 2013.
  3. "Box-Office". General Directorate of Cinema. 12 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 November 2013.
  4. "Annual Report 2012/2013" (PDF). Union Internationale des Cinémas. 10 November 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 November 2013.
  5. "www.hayal-et.org/i.php/site/building/direkleraras". 2016-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-24.
  6. "www.kameraarkasi.org/sinema/makaleler/ordununrolu.html". 2013-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-24.
  7. http://www.sondevir.com/?aType=haber&ArticleID=35209 Arxivləşdirilib 2014-03-04 at the Wayback Machine sondevir. 12 Kasım 2011. Erişim tarihi: 25 Aralık 2012.
  8. "İlk Türk filmi 97 yıl önce vizyona girdi" Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine odatv. 06.11.2010. Erişim tarihi: 15 Ağustos 2013

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]