Ağ-Qara Dünya (1991)

Ağ-qara dünya qısametrajlı sənədli filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 1991-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film əsrin yaşıdı olan qocaman foto ustası, Azərbaycanın ilk peşəkar fotoqrafı Mircavad Axundzadənin sənət dünyası haqqında danışır.

Ağ-qara dünya
Janr bioqrafik
Rejissor Şamil Nəcəfzadə
Ssenari müəllifi Nəriman Əbdülrəhmanlı
Operator Nizami Abbas
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1991
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan
İl 1991
Texniki məlumatlar 2 hissə
560 metr
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film əsrin yaşıdı olan qocaman foto ustası, Azərbaycanın ilk peşəkar fotoqrafı Mircavad Axundzadənin sənət dünyası haqqında danışır.[1]

Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib. Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur.[2]

Mükafat[redaktə | mənbəni redaktə et]

  • 1992-ci ildə Aşqabadda "Füruzə Baharı" kinoforumunda film diplom almışdır.[1]

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı
Rejissor: Şamil Nəcəfzadə
Operator: Nizami Abbas

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.291
  2. "Mircavad Axundzadə". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 355.