Nizami Abbas

Abbasov Nizami Vəli oğlu (Nizami Abbas) (1 yanvar 1957, Şamxor rayonu) — Azərbaycan operatoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü.

Nizami Abbas
Nizami Vəli oğlu Abbas
Doğum adı Nizami Abbasov
Digər adları Nizami Abbasov
Nizami Abbaslı
Doğum tarixi (67 yaş)
Doğum yeri Bayramlı, Şəmkir rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti operator
Təhsili Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperator fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2007

Nizami Abbas 1 yanvar 1957-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olmuşdur. Ali təhsillidir. 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperator fakültəsini bitirmişdir. 1974–1975-ci illərdə "Lenfilm" kinostudiyasında operator köməkçisi işləyib. 1976-cı ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator işləyir. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinin iştirakçısı olub. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Sənədli Filmlər Kino-Telestudiyası"nın bədii rəhbəri olub.

Çəkdiyi "Balaban" sənədli filmi 2015-ci ildə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.[1]

Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.[2]

Ailəlidir, 1 övladı var.

  1. Adam (film, 2010)
  2. Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) — quruluşçu operator
  3. Ağ-qara dünya (film, 1991) — operator (sənədli film)
  4. Axırıncı addım (film, 1989) — operator (sənədli film)
  5. Aman, ayrılıq (film, 1989)
  6. Aşiqi sadiq (film, 2014)
  7. Azadlığa gedən yollar (film, 1990) — operator (sənədli film)
  8. Azadlıq elçisi (film, 1993)
  9. Azərbaycan xalçası (film, 2009)
  10. Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
  11. Azərbaycan rəngkarlığının kraliçası (film, 2009)
  12. Azərbaycan: Tarixdən səhifələr (film, 2008) — rejissor, operator (sənədli film)
  13. Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
  14. Batalyon (film, 2016)
  15. Bəşəriyyətin beşiyi (film, 2011)
  16. Bəyaz həyat (film, 2003) — quruluşçu operator (çoxseriyalı bədii film)
  17. Bu Naxçıvandır (1999) — operator (sənədli film)
  18. Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984)
  19. Dözümlü minarələr (film, 1991)
  20. El bir olsa... (film, 1989)
  21. Elan olunmamış müharibə (film, 1994) — ssenarist, rejissor, operator (sənədli film)
  22. Etimad telefonu (film, 2001)
  23. Əlvida, cənub şəhəri (film, 2006)
  24. Əzablı yollar (film, 1995) — operator (sənədli film)
  25. General Hüseyn Rəsulbəyov (film, 1998)
  26. İlk komandir (film, 2015)
  27. Haqq aşığı (film, 2021)
  28. Kamandar olimpiya çempionudur (film, 1989)
  29. Kədərimiz... Vüqarımız... — operator (qısametrajlı sənədli film)
  30. Kiçik leytenant (film, 1996) — quruluşçu operator (bədii film)
  31. Kinorejissor Arif Babayev (film, 2000) — operator (sənədli film)
  32. Kinorejissor Həsən Seyidbəyli (film, 2002) — operator (sənədli film)
  33. Qəm karvanı (film, 1990) — rejissor, operator (sənədli film)
  34. Qobustan (film, 2005) — rejissor, operator (sənədli film)
  35. Qoca palıdın nağılı (film, 1984) — ikinci operator (tammetrajlı bədii film)
  36. Qocalar (film, 2008) — kreativ prodüser (qısametrajlı bədii film)
  37. Qocalar, qocalar... (film, 1982) — operator assistenti (tammetrajlı bədii film)
  38. Laçının son günləri (film, 1992) — rejissor, operator (sənədli film)
  39. Mayak (film, 2012) — operator (qısametrajlı bədii film)
  40. Məhəmməd Füzuli (film, 1989) — operator (sənədli film)
  41. Meydan (film, 1989) — operator (sənədli film)
  42. Müharibənin iki üzü (film, 1991) — rejissor, operator (sənədli film)
  43. Naməlum torpaq (film, 1992) — operator (sənədli film)
  44. Narahat adam (film, 2005) — rejissor, operator (tammetrajlı sənədli film)
  45. Nəsrulla Nəsrullayev (film, 1999) — operator (qısametrajlı sənədli film)
  46. Pəhləvan komandir (film, 2016)
  47. Sahibi kimdir? (film, 1988)
  48. Səma şairi (film, 2003) — operator (sənədli film)
  49. Sən həmişə bizimləsən (film, 1997)
  50. Sərhəd (film, 1990) — rejissor, operator (sənədli film)
  51. Sınmış zəncirlər (film, 1997) — operator (sənədli film)
  52. Sirli bənövşə
  53. Sürüşmə (film, 1991) — rejissor, operator (qısametrajlı sənədli film)
  54. Şeytan göz qabağında (film, 1987) — quruluşçu operator (tammetrajlı bədii film)
  55. Şeytanbazar (film) — rejissor, operator (sənədli film)
  56. Şəhidlik zirvəsi (film, 2001)
  57. Tənha narın nağılı (film, 1984) — ikinci operator (tammetrajlı bədii film)
  58. Üfüqü ötənlər (film, 2011) — operator
  59. Yaşa, qızıl balıq (film, 1988) — quruluşçu operator (qısametrajlı bədii film)
  1. Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  2. "Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]