Ağ-qara dünya qısametrajlı sənədli filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 1991-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film əsrin yaşıdı olan qocaman foto ustası, Azərbaycanın ilk peşəkar fotoqrafı Mircavad Axundzadənin sənət dünyası haqqında danışır.
Ağ-qara dünya | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Şamil Nəcəfzadə |
Ssenari müəllifi | Nəriman Əbdülrəhmanlı |
Operator | Nizami Abbas |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1991 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | Azərbaycan |
İl | 1991 |
Texniki məlumatlar |
2 hissə 560 metr |
Rəng | rəngli |
Film əsrin yaşıdı olan qocaman foto ustası, Azərbaycanın ilk peşəkar fotoqrafı Mircavad Axundzadənin sənət dünyası haqqında danışır.[1]
Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib. Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur.[2]