Ağ-qara reportaj (film, 2006)

Ağ-qara reportaj qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər.

Ağ-qara reportaj
Ağ-qara reportaj
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Teymur Nəcəfzadə
Ssenari müəllifi Sədi Məmmədov
Operator Rəşad Nuriyev
İstehsalçı ANS televiziyası (VVS)
İlk baxış tarixi 2006
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 29 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2006
Rəng rəngli

Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər.

Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. Onun Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenarist: Sədi Məmmədov
Rejissor: Teymur Nəcəfzadə
Operator: Rəşad Nuriyev

  1. "Çingiz Mustafayev". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.