Chionis albus[3][4] (lat. Chionis alba) — Ağ çovdarçılar cinsinə daxil olan iki növdən biri.
Ağ çovdarçı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ağ çovdarçı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bədəninin uzunluğu 34–41 sm, çəkisi 460–780 q təşkil edir. Qanadlar arasında məsafə 74–84 sm-dir. Erkəklər dişilərdən iri olur. Qanadları balacadır. Ayaqları kiçikdir. Torpaq üzərində daha yaxşı hərəkət edirlər.
Antarktidanın endemik (Cənubi Georgiya, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Antarktik yarımadası) quşudur. Quşlar əsasən pinqvinlərin koloniyarını qurduğu yerdə yuva qururlar.
Hər şey yeyən quşdur. Əsasən parazitlərlə qidalanırlar. Onlar pinqvinlərdən kril, balıq hətta yumurta və balalarını oğurlayırlar.
Çütlük daimidir. Əsasən pinqvinlərin koloniyalarına yaxın yuva qururlar. Daş, otlar, yosunlar, sümüklər və balıqqulağıdan ibarət olan yuvalar qururlar. Yumurta qoyma oktyabrdan marta qədər uzanır. Balaların çıxması dekabrdan yanvara qədər müddətdə baş verir. 2–3 yumura qoyurlar. Qırt yatması 28–32 gün arasında dəyişir. Bala yuvada iki ay qalır.