Cənubi Orkney adaları (ing. South Orkney Islands) — Atlantik okeanın cənubunda (Cənub okeanı) yerləşən arxipelaq.
Cənubi Orkney adaları | |
---|---|
ing. South Orkney Islands | |
Ümumi məlumatlar | |
Adaların sayı | 8 |
Ən böyük adası | Koroneyşen |
Ümumi sahəsi | 622 km² |
Hündür nöqtəsi | 1266 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
60°40′55″ c. e. 45°11′10″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adalar 60°30' və 60°83' c. e., 44°25' və 46°25' q. u. yerləşir.
Arxipelaq dörd əsas iri adadn ibarətdir. Koroneyşen ən iri adasıdır. Adanın ən hündür zirvəsi Niveya (Mount Nivea) dağı 1266 metrdir. Ən ucqar şərqdə yerləşən ada Loridir (Laurie Island). Pauell (Powell Island) və Siqni (Signy Island) adalarından əlavə bir necə adada vardır. Adaların ümumi sahəsi 622 km² təşkil edir. Böyük hissəsi buzla örtülüdür.
Əlçatmaz adaları arxipelaqdan 15 dəniz mili qərbdə yerləşir. Bəzən onları Cənubi Orkney adalarına daxil edilir.
№ | Ada (az.) | Ada (en.) | Sahəsi, km² |
Hündür, m |
Koordinatlar |
---|---|---|---|---|---|
1 | Koroneyşen | Coronation Island | 457 | 1266 | 60°35′26″ c. e. 45°37′30″ q. u.HGYO |
2 | Lori | Laurie Island | 86 | 940 | 60°43′43″ c. e. 44°31′05″ q. u.HGYO |
3 | Siqni adası | Signy Island | 19 | 281 | 60°42′41″ c. e. 45°38′08″ q. u.HGYO |
4 | Pauell adası | Powell Island | 20 | 620 | 60°40′59″ c. e. 45°01′59″ q. u.HGYO |
5 | Akunya | Acuna Island | 60°46′ c. e. 44°37′ q. u.HGYO | ||
6 | Larsen adası | Larsen Islands | 60°36′ c. e. 46°04′ q. u.HGYO | ||
7 | Robertson adası | Robertson Islands | 60°46′ c. e. 45°09′ q. u.HGYO | ||
8 | Nedostupnosti | Inaccessible Islands | 215 | 60°34′ c. e. 46°44′ q. u.HGYO |
İqlimi soyuq, rütubətli və küləklidir. Qışda orta aylıq temperatur (iyulda) −10°S, yayda isə 0°S təşkil edir. Minimum −44°S, maksimum isə +12°S olur.
Cənubi Orkney adaları 1821-ci ildə iki suiti ovçuları olan Nataniel Palmer və Corc Pauell tərəfindən aşkarlanmışdır. İlk əvvəllər adalar Pauell qrupu adlanırdı. Böyük ada isə Koronasii adlanır. Səbəb isə bu ərəfələrdə IV Qeorqun tac qoyma mərasimi keçirilmişdir. 1823-ci ildə adaları Ceyms Ueddell ayaq basır və adaların müasir adını verir. Bu Şotlandiyaya məxsus olan Orkney adaları ilə enyi enlikdə yerləşməsi ilə əlaqədar verilmişdir (fərq onların müxtəlik müxtəlif qütblərdə olmasıdır)[1]
Adaları çox vaxt suiti və balina ovçuları ziyarət edirdilər. Vilyam Bryus 1903-ci ildə adalara gəlir və Kori adasında qışlayır. Bryus burada meteoloji stansiya inşa edir. O, Argentinaya getdikdən sonra stansiya 1904-ci ildə argentinalı meteoroloqlarına verilir. Hazırda bu qütb stansiyası fəaliyyətini davam etdirir.
1908-ci ildə Britaniya bütün Subantarktik qurşaqda yerlışən adalara iddia edir. Adalar sonradan Folklend adaları asılı ərazilərinə daxil edilir. Siqni adasında bioloji elmi stansiya yaradılır.
Adalara Argentina iddia edirdi. 1959-ci ildə imzalanmış Antarktika haqqında konvensiyaya görə bütün mübahisəli ərazilərə iddialar dondurulur. Bu müqaviləyə qoşulan bütün dövlətlər elmi məqsədlər üçün bölgədən istifadə edə bilər. 1962-ci ildən ərazi Böyük Britaniyanın Antarktika ərazilərinə daxil edilmişdir. Argentina bununla razı deyildir və adaları Argentina Antarktikasının ərazisi hesab edir. Adalarda həm Britaniyanın həm də Argentinanın qütb stansiyaları vardır.