Vitis ficifolia (lat. Vitis ficifolia) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinin üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki cinsi.
Vitis ficifolia | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Vitis ficifolia |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çox yüksək məhsuldar sortdur. Tənəyində barlı zoğların miqdarı 76,0%; salxımların sayı 28 ədəd; bar əmsalı 0,60; məhsuldarlıq əmsalı 0,8-dir. Salxımların orta kütləsi 180,6-362,0 qr, kolun məhsuldarlığı 5,0-10,0 kq, hektardan məhsuldarlıq 111,0-222,2 s/ha arasında tərəddüd edir. Giləsində şəkərlilik 17,0-19,2 q/100 sm3, titrlə-nən turşuluq 3,62-5,12 q/dm3 arasında dəyişir.[1]
Yarpaqları iri və çox iri (uzunluğu 18-24 sm, eni 14-20 sm),oval, yumurtavari formada olub, müstəvisi dalğavarıdir. Üst səthi hamar olub, tünd-yaşıl rəngdədir. Kəsikləri dərin olub, yuxarı kəsikləri açıq, yaxud bağlı, liraşəkilli və ya ellipsvari formadadır.
Salxımları iri və çox iri ölçüdə (uzunluğu 18-27 sm, eni 12-16 sm), konusvarı, enli-konusvarı, tək–tək hallarda silindrik formada olub, seyrək, orta sıxlıqda və sıxdır. Gilələri iri və çox iri (uzunluğu 20–28 mm, eni 15–18 mm), uzunsov formada, simmetrik, ağ, tam yetişdikdə qızılı, yaxud açıq-çəhrayı rəngdə olur.
Qabığı qalın və elastik olub, üzəri mum təbəqəsi ilə örtülmüşdür. Ləti sıx, xırtıldayan olub, kifayət qədər şirəlidir. Dadı xoşagələn və harmonikdir. Giləsində 2-4 toxum vardır.
Abşeron şəraitində vegetasiya müddəti 152-156 gün arasında dəyişir. Gilələri sentyabr ayının II ongünlüyündə tam yetişir. Tənəklərinin böyümə gücü yüksəkdir (218,6 sm). Zoğları yaxşı (78-88%) yetişir. Sort Abşeron şəraitində oidium və boz çürümə xəstəliyinə qarşı davamsızlıq (4 bal) nümayiş etdirir. Çiçəkləri orta səviyyədə və çox (46,5-78,2%) tökülür. Salxımlarında noxudlaşmış gilələr azlıq təşkil edir.