Ağ ciyər qanaxması

Ağ ciyər qanaxması, heyvanlarda – əsasən, idman atları və ov itlərində təsadüf edilən xəstəlikdir.

Uzaq məsafələrə qaçış zamanı ağ ciyərlərin həddindən artıq gərginləşməsi, ağ ciyər pnevmoniyası və emfizemasının ağırlaşması, döş qəfəsi nahiyəsinin travması, dərin yaralar, itlərdə vərəm ağırlaşmalarıdır.

Öskürək zamanı burun dəliklərindən güclənən xırda köpüklü qanlı mayenin axması, ağ ciyər nahiyəsində xırda qovuqcuqlu yaş xırıltı. Diaqnozu klinik əlamətlərə əsasən qoyulur.

Heyvanı mülayim sərin yerdə saxlamaq. Öskürəyi pektusin, yaxud dioninlə sakitləşdirmək. Bərk qanaxma zamanı qanın özlülüyünü və laxtalanmasını artıran dərmanlar (kalsium-xlorid, K vitamini) vermək lazımdır.

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 146. ISBN 978-9952-441-02-4.