Ağ ciyərin hava tutumu

Ağ ciyərin hava tutumu-dərin nəfəs aldıqdan sonra buraxılan havanın miqdarı. Normal tənəffüs zamanı alınan və buraxılan, maksimum nəfəsvermə zamanı əlavə buraxılan və maksimum nəfəsalma zamanı əlavə alınan havadan ibarətdir. Kişilərdə, adətən, 3,5–4,5 l, qadınlarda bundan təqribən 25% az, fiziki iş və idmanla məşğul olan adamlarda 6 l və daha çox olur. Sağlam insanda Ağ ciyərin hava tutumu fəaliyyət  göstərən  ağ  ciyər  toxumasının azalması - pnevmofibroz, pnevmoskleroz, atelektaz, pnevmoniyalar, abses, kista, şiş, ağ ciyər toxumasının zədələnməsi, kiçik qan dövranında durğunluq, ağ ciyərin tam açılmaması - kifoz, skolioz, döş qəfəsinin deformasiyası, plevra bitişmələri, ekssudativ plevrit, hidrotoraks, diafraqma və qarnın ön divarının hərəkətinin məhdudlaşması, ümumi əzələ zəifliyi nəticəsində baş verə bilər.

Teqdimat[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 146. ISBN 978-9952-441-02-4.