Ağ dəniz-Baltik irqi — Böyük Avropa irqinin tərkibində kiçik irq.[1]
Atlantika-Baltika irqi ilə şimali avropoidləri birləşdirən və depiqmentasiyasının yüksək səviyyəsi ilə səciyyələnən vahid Baltika irqinə aid edilə bilər.[2]. Fin-uqor xalqlarında (karellər, komi-zıryanlar, komi-permyaklar, udmurtlar və s.) rusların şimal qruplarında və belorusların əksəriyyətində üstünlük təşkil edir. Ağ dəniz-Baltik irqi nümayəndələrinin anklavları Baltikyanı ölkələrdə və Skandinaviyada, Mərkəzi Rusiyada və Şərqi Ukraynada mövcuddur. Ağ dəniz-Baltik irqi xüsusiyyətlərinin Ural irqinin elementləri ilə qarışması nəticəsində formalaşdığını ehtimal etmək olar.
Ağ dəniz-Baltik irqi nümayəndələrinin dərisinin rəngi çox açıqdır (bəzən cəhrayıya çalır).[3]. Saçları, adətən, yumşaq, düz və açıq rənglidir (təqribən 50%); Atlantika-Baltik irqi nümayəndələrinə nisbətən kürənçalarlıdırlar, həmçinin kişilərin saqqalı və tük örtüyü daha azdır. Başları nisbətən kiçik olan irqin nümayəndələrində mezokefaliya və orta braxikefaliya əlamətləri üstünlük təşkil edir. Atlantika-Baltik irqi ilə müqayisədə üzləri az profilləşmiş, daha yastı və enlidir. Burunları nisbətən qısa və enli,[4]. alınları yastı və bir qədər maili, burun dirəyi düz, yaxud azca çökək olur. Gözün üst qapağının qırışığı bəzən çox aydın görünür. Dodaqlarının selikli hissəsi nisbətən nazik, üst dodaq ilə burunun arasında olan dəri hissəsi orta ölçüdə, bəzən isə enli olur. Bədənlərinin uzunluğu orta, Atlantika-Baltika irqinə nisbətən qısadır.