Ağ nazlı

Ağ nazlıAzərbaycanın Naxçıvan Muxtar Respublikasına xas qədim yerli şaftalı sortu. Şirvan zonasında da yetişdirilir. Ağacının hündürlüyü 3 metrə çatır. Aprelin əvvəllərində çiçəkləyir, öz-özünü tozlayır. Hər ağacından 50–65 kq məhsul yığılır. Meyvəsi yumru, bəzən uzunsov olur. Çəkisi 70–100 qramdır. Ağımtıl-sarı və narın tüklüdür, qabığı asanlıqla soyulur. Ləti yumşaq, lifsiz, çoxşirəli və meyxoşdur. Çəyirdəkdən yaxşı ayrılır. Ağ nazlı şaftalısı avqustun 1-ci ongünlüyündə yetişir. Tərkibində 10,83% şəkər, 0,56% turşu var. Yeyilir, qurudulur, alanakompot hazırlanır.[1]

  1. Ағ назлы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 93.