Ağ qızılgül körpüsü

Ağ qızılgül körpüsü (lit. Baltosios rožės tiltas) — Litvanın Alitus şəhərində, Nemunas çayı üzərindəki piyada körpüsü. Litvanın ən yüksək piyada və velosiped körpüsüdür[1]. 1899-cu il dəmir yolu körpüsünün sağlam qalan sütunları üzərində 2013-2015-ci illərdə tikilib. Kəndirlə tullanmaq üçün bir əyləncəli yerdir.

Ağ qızılgül körpüsü
lit. Baltosios rožės tiltas
54°23′36″ şm. e. 24°04′53″ ş. u.
Keçid piyada üçün
Üslubu Aşırımlı körpü
Material dəmir-beton
Uzunluğu 240,53 metr
Eni 6,71
Hündürlüyü 38,1
Açılışı 1899
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yerləşməsi[redaktə | mənbəni redaktə et]

Şəhərin mərkəzini I Alitus rayonu və çayın şərq sahilindəki kurqanla birləşdirir. Körpünün yanında “Çiçək” (lit. Lelijos žiedas) abidəsi var.

Körpüdən axın üzrə yuxarıda Kanyuk körpüsü, aşağıda isə Antanas Yuozapaviçius körpüsü yerləşir.

Adı[redaktə | mənbəni redaktə et]

Dəmir yolu körpüsünün adı olmçamıəşdır. Mövcud piyada körpüsünün adı yerli sakinlər arasında keçirilən səsvermə zamanı seçilmiş və Alıtusun rəmzi olan ağ qızılgülün şərəfinə verilmişdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

1897-1899-cu illərdə Grodno-Olita yeni bir dəmir yolu xəttinin inşası çərçivəsində mühəndislər N. Belelyubski və N. Xarlamovun layihəsinə əsasən üç aşırımlı metal konsol körpüsü tikilir. tikinti işləri Varşavanın "Rudzki və K°" şirkəti tərəfindən həyata keçirilmişdir. İnşaatın ümumi dəyəri 700 min rubl olmuşdur. Körpünün ümumi uzunluğu 239 m olmuşdur[2]. Polad konstruksiyaların çuqun aralıqlarının ümumi çəkisi 1014.288 ton olmuşdur. Körpünün göyərtəsi həm də atlı hərəkət üçün uyğunlaşdırılmışdır. Aralıq dayaqlar kesson bazasında hörgüdən tikilmişdir. Buz kəsicilər təmiz qranitlə üzlənmişdir. 14 avqust 1915-ci ildə geri çəkilən rus qoşunları tərəfindən körpü uçurulur. İki ay ərzində alman hərbçiləri sağlam qalaq dayaqlar üzərində 15 aşırımlı taxta dəmir yolu körpüsü tikirlər. 1926-cı ilin yanvarında körpü bağlanılır və sökülür[3].

2009-cu ildə körpünün sağlam qalan sütunları Litvanın mədəni mülklərinin reyestrinə daxil edilmişdir[4].

2009-cu ildə Alitus Bələdiyyəsinin qərarı ilə UAB "Mitnija" şirkəti piyadalar və velosipedçilər üçün iki istiqamətli bir körpü dizayn edir. Tikinti dəyəri təxminən 40 milyon lit olaraq qiymətləndirilir. Ancaq layihə həyata keçirilməmiş olaraq qalır.

2012-ci ildə UAB "Tiltų ekspertų centras" inşaat üçün yeni bir layihə hazırlayır. 2013-cü ilin avqust ayında UAB "Alkesta" körpünün tikintisi üzərində işə başlayır. Körpünün metal konstruksiyaları Riqada (Latviya) istehsal edilmişdir. Montaj tikinti sahəsində aparılmış və konstruksiyalar kranların köməyi ilə dizayn vəziyyətinə yığılmışdır. Üst tikililərin quraşdırılması UAB "Tilsta" və "Mammoet" (Hollandiya) şirkətləri tərəfindən həyata keçirilmişdir. Körpünün rəsmi açılışı 8 yanvar 2016-cı il tarixində gerçəkləşmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Мост Белой розы (для пешеходов и велосипедистов)". Alytusinfo.lt. 2020-11-27 tarixində arxivləşdirilib.
  2. "Железнодорожный мост через Неман". Asociacija "Olita-Orany". 2020-02-26 tarixində arxivləşdirilib.
  3. "Laikinas karinis geležinkelio tiltas" (litva). Asociacija "Olita-Orany". 2020-02-26 tarixində arxivləşdirilib.
  4. "Kultūros vertybių registras" (litva). Kultūros paveldo departamentas prie kultūros ministerijos. 2016-11-19 tarixində arxivləşdirilib.