Alitus

Аlitus (lit. Alytus, pol. Olita, rus. Олита) — Litvanın cənubunda şəhər.

Alitus
Alytus
Bayraq Gerb
Bayraq Gerb
54°24′ şm. e. 24°03′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1377
İlk məlumat 1377
Sahəsi
  • 48 km²
Mərkəzin hündürlüyü 93 m
Saat qurşağı
  • Şərqi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi
  • 51.856 nəf. (1 yanvar 2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +370 315
Poçt indeksi LT-62001
Digər
alytus.lt
Xəritəni göstər/gizlə
Alitus xəritədə
Alitus
Alitus
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu, çox zaman Dzukiy etnoqrafik regionunun paytaxtı adlandırılan, Litvanın cənubundakı ən böyük şəhərdir. Alitus Nyamunas sahilində, Vilnüsdan 110 km cənub-qərbdə yerləşir. Təxmin olunur ki, şəhərin adı hidronomikdir, belə ki, əvvəllər Alitus da adlandığı ehtimal olunan Alitupisin suları Alitus şəhərindən keçərək Nyamunasa tökülür. İkinci ehtimala görə şəhərin adı əhli-sələb tərəfindən Aliten kimi anılan, XIV əsrdə mövcud olan qalanın adından götürülüb.

Zəngin arxeoloji tapıntılar sübut edir ki, hələ daş dövründə Alitusda insanlar məskunlaşmışdılar. İlk dəfə yazılı mənbələrdə Alitus 1377-ci ildə Viqanda Marburqun Səlnaməsində Alitus qalası kimi qeyd edilib. Qədim Alitus Nyamunasın sağ sahilində tikilirdi, belə ki, sol sahilində əhli-sələbin daimi hücumları burada yaşamağı təhlükəli edirdi. Knyaz Alqirdasın dövründə, XIV əsrin ortalarında Alitusda, Nyamunasın sağ sahilində taxta qala tikilmişdi. Əhli-sələb üçün Vilnüsa gedən ən vacib yollardan biri Alitusdan keçirdi, burada tez-tez döyüşlər baş verirdi. Zaman keçdikcə Alitus krallığının mülk torpaqları Prussiya sərhədinə kimi uzanan Suduv meşələri ilə zənginləşdi, tədricən Nyamunasın sol sahili də mənimsənildi.

15 iyun 1581-ci ildə Litva Böyük knyazı Stefan Batori Alitusa Maqdeburq gerbini və hüquqlarını verdi. Əlverişli coğrafi və inzibati şəraiti-Trakay rayonunun mərkəzi hissəsi- Alitusa tez inkişaf etməyə təkan verdi. XVIII əsrdə Nyamunasın sol sahilində Alitus II yarandı və böyüdü. Respublikada iki xalqın üçüncü bölgüsündən sonra (1795-ci il) bütün Suduv ərazisi Prussiyaya keçdi. Əlverişli iqtisadi şərait, təhkimçilik hüququnun ləğvi Alitus I-nin inkişafına stimul idi, XIX əsrin üçüncü onilliyində burada 850-yə yaxın insan yaşayırdı. Həmin zaman Alitus I ağır vəziyyətdə idi. Napaleon Suduvu Polşa krallığına əlavə edərkən, Alitus II də Auqustavasın tərkibinə qatıldı və öz əhəmiyyətini itirdi. 1815-ci ildə Alitus I və Alitusun II-nin əraziləri artıq çar Rusiyaya aid idi. XIX əsrin sonlarında Alitusda, ticarət və təhlükəsizlik baxımından əlverişli olan yaşayış məskənlərində yeni taxta və kərpic binalar, kazarmalar, qalaçalar tikilmiş, yollar, dəmiryolları salınmışdı. Nəhayət şəhər III dərəcəli qalaya çevrildi.

Alitus nəqliyyat baxımından əlverişli yerdə yerləşir. Cənubi Litvanı digər şəhərlərlə asfalt şose yolları birləşdirir. Artıq XIX əsrin sonlarında Varendən Suvalkiyə Alitusdan keçən dəmiryolu salınmışdı, Nyamunas boyu isə müntəzəm olaraq paroxodlar üzürdü. Çox qədim zamanlardan Alitus zəngin yarmarkaları ilə məşhur idi, ticarət genişlənir, böyük anbarlar tikilir, yeyinti və xammalın ilkin emalı sənayesi inkişaf edirdi. Birinci dünya müharibəsinə qədər Alitusda bir sıra süvari qoşunları yerləşmişdi.

XX əsrin əvvəllərində şəhər bir neçə dəfə yanğınlardan əziyyət çəkib. Birinci dünya müharibəsi dövründə Nyamunas üzərindəki Litvanın ən hündür dəmiryolu körpüsü partladılmışdı. İkinci dünya müharibəsi dövründəki bombardmanları hələ tikilməyə macal tapmayan torpaq ərazisi ilə müqayisə edirdilər.

Sovet dövründə sənayenin inkişafı şəhərin böyüməsinə səbəb olurdu. Pribaltikada ən böyük iplik parça kombinatı, "Snayqe" soyuducuları istehsal edən zavod fəaliyyət göstərirdi, geyim üçün ütüləmə basqıları, küçə təmizləyən maşınlar istehsal olunurdu, məişət kimya, tikiş fabrikasının filialı, yağ, şərab, dəmir-beton tikintisi zavodları, Alitus ev tikintisi kombinatı, tam mexanikləşdirilmiş ət fabriki fəaliyyət göstərirdi. Ən böyük müəssisələr: "Snayqe" SC (soyuducu zavodu), "Alitus dəmir-beton" SC, "Alkesta" QSC, "Alita" SC, "Alitaus xemiya" SC, "Alitaus coca-cola" SC və s..

Müharibə arası dövrdə, 1932-ci ildə Alitus kurort zonası elan olundu. Və bu gün 64 minə yaxın əhalisi olan bu şəhərin üçdə bir hissəsində yaşıllıq plantasiyaları salınıb. Alitusda şəhəri və kurqanı mühafizə edən tarixi landşaft qoruğu yerləşir. Alitus kurqanından 600 m cənub-şərqdə, Nyamunasda Klyabono daşı ucalır. Deyilənə görə aclıq illərində yerli kilsənin baş keşişi Alitusun aclıqdan əziyyət çəkən insanlara rəhmi gəlmiş və buğda almaq üçün Qardinə üzmüşdü, lakin qayıdarkən Kanyukay körpüsünün yaxınlığında şeytanın tələsinə düşmüşdü-belə ki, o, keşişi Kaunasa üzməyi məsləhət edir və orada malı daha baha sata biləcəyini söyləyirdi. Hələ kurqana çatmamış keşiş insanların fəlakətindən istifadə edərək varlanmaq qərarına gəldi və cəzalandırıldı-gəmini şimşək vurdu. Və ürəksiz keşiş daşa çevrildi. Deyilənə görə müharibə zamanı almanlar gəmiçiliyə mane olduğuna görə həmin daşı partlatmağa cəhd etmişlər. Hələ də Nyamunasda gizlənən bu daşın hansı ölçüdə olduğu dəqiq deyil, o, özünü yalnız quraqlıq illərində maraqlılar üçün görsədir, lakin onun bir hissəsi həmişə suda qalır.

Alitusda, Litvada mövcud olan yeganə sirk "Dzukiyos" sirki (1982-ci ildən) fəaliyyət göstərir. Burada bir sıra muzeylər var. Bunlar Yuliya Baranausken adına Alitus xalq incəsənət muzeyi, etnoqrafik, A.Yoninasın xatirə muzeyi, A.Matutisin uşaq ədəbiyyatı muzeyi, xalqın tarixi yaddaş muzeyi, polis muzeyi və digərləridir. Bundan başqa şəhərdə beş dini məbəd var: Müq.Qoruyucu-Mələk, Müq.Kazimeras, Müq.Lyudvikas, Müq.Mariya uspeniya kilsələri və Alitus Himayəçi İlahi Ana provaslav kilsəsi.

Şəhərin mərkəzində dram teatrı, Nyamunas körpüsünün yaxınlığında isə Litvanın müstəqilliyi uğrunda şəhid olmuş, Litva ordusunun ilk zabiti olan Antanas Yuozapaviçyus abidəsi yerləşir. Alitus meşəsində isə Pesen vadisi uzanır və şəhərin 400 illik yubileyinə görə abidə ucaldılmışdır. Şəhər parkı metal heykəltəraşlıq əsərləri ilə məşhurdur[2].

Qədimdən şəhər iki hissəyə bölünüb: Nyamunasın sağ sahilində Alitus I, sol sahilində isə Alitus II yerləşir. Alitupis məhz Alitus I-dən axır, elə burada Alitus kurqanı ucalır. Alitus II-də isə Daylides gölü, Alitus meşəsi, şəhər qəbiristanlığı, park və bağlar, eləcə də 1993-cü ildə yerli əhəmiyyətli incəsənət abidəsi elan edilən Gənclik parkı yerləşir. Daha öncə qoyulmuş attraksionlar indi fəaliyyət göstərmir, onlardan əksəriyyəti sökülmüşdür, böyük olmayan yay estradasının yerində hokkey arenası tikilmişdir. Parkın geniş ərazisi səliqə-sahmanda saxlanılır, burada velosiped üçün cığırlar çəkilib.

Çox maraqlı haldır ki, 20 iyun 1964-cü ildə burada Litvada müşahidə olunan ən böyük buz parçası tapılmışdır-onun çəkisi 300 qram olub, 1979-cu ildə isə Mars planetinin kraterlərindən birinə Alitus adı verilmişdir.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. Resident population by city / town at the beginning of the year. State Data Agency of Lithuania, 2023.
  2. Müəllif: K.Valaytis, N.Nasvitis, K.Musteykis və s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]