Ağ turp (lat. Raphanus sativus subsp. acanthiformis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin turp cinsinin qırmızı turp növünə aid bitki yarımnövü.
Ağ turp | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Yarımnöv: Ağ turp |
||||
Beynəlxalq elmi adı | ||||
|
Dadı tünd, acıtəhər-şirindir. Əsasən salatların hazırlanmasında istifadə olunur.
Tərkibindəki 0,03-0,05% efir yağı ona xüsusi dad verir. Eyni zamanda tərkibində 7%-ə qədər karbohidrat, o cümlədən 6,2%-ə qədər şəkər, 2%-ə qədər zülal, 29 mq% C vitamini, fosfor, dəmir və kükürd duzları vardır.
Növlərindən Krayvoronskaya, Odessa-5, yumru ağ qış sortu, yumru qara qış sortu, ağ may, Dunqan və Abşeron ağ turpu və s. göstərmək olar.
Azərbaycanda ən çox 2 sort: yumru ağ qış sortu və Abşeron ağ turpu yayılmışdır.