Ağ yapıncı (roman)

Ağ yapıncıMahmud İsmayılovun 1979-cu ildə nəşr olunmuş ilk romanı.[1]

Ağ yapıncı
Ağ yapıncı
Müəllif Mahmud İsmayılov
Janr Roman
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan SSR
Orijinalın nəşr ili 1979
Nəşriyyat Yazıçı
Səhifə 276
Tiraj 40 000

Ağ yapıncı romanı tarixi hadisələrə əsaslanır. Romanda XVIII əsrin 30-40-cı illərində Şəki əyalətində İran əsarətinə qarşı xalq-azadlıq hərəkatından bəhs edir. Əsərdə Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsi, sadə adamlardan, o cümlədən dəmirçi oğlu Poladın sərkərdəlik istedadı, onun Münəvvərə məhəbbəti, dövrün tarixi hadisələri, xalqın məişəti və s. özünün bədii ifadəsini tapmışdır.[2]

Filologiya elmləri doktoru Vaqif Yusifli bu əsərin də adını qeyd edərək yazır: “Elə əsərlər var ki, yazıçılar tarixi şəxsiyyətlərin həyatını bir az “bəzək-düzəklə” eynilə bədii əsərdə əks etdirirlər və bu olur sadəcə “bədii-tarixi xronologiya”.[3]

  1. "Mahmud İsmayılov". Şəki Ensiklopediyası (az.). 2024-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.
  2. Gülxani Pənah, Salatın Əhmədli. Azərbaycan ədəbiyyatı məsələləri (PDF) (az.). Bakı: “UniPrint”. 2014. ISBN 978-99-52-440-01-5. 2022-03-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-02.
  3. Vaqif Yusifli. ""Ölüm mələyi": Ənənədən gələn notlar və yeni çalarlar..." 525.az. 2024-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]