Vaqif Yusifli (Vaqif Əziz oğlu Yusifov; d. 20 aprel 1948 Ərkivan, Masallı rayonu , Azərbaycan SSR) — Filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat institu Ədəbi tənqid şöbəsinin müdiri.Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü. Əməkdar mədəniyyət işçisi (2003).
Vaqif Yusifli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ərkivan, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşaqları | Vidadi, Günay, Yaşar |
Atası | Əliyev Əziz |
Anası | Salmanova Xədicə |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
İş yeri | AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsin müdiri |
Təhsili | BDU |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vaqif Yusifli 1948-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirmiş (1966), ADU-nun filologiya fakültəsində təhsil almışdır (1967-1972).
1968-ci ildən dövri mətbuatda çıxış edir. Universiteti bitirdikdən sonra üç il (1972-1975) Masallı rayonunda, orta məktəblərdə dil-ədəbiyyat müəllimi işləmişdir.
1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1979-cu ilin oktyabr ayında «Müasir Azərbaycan nəsrində konflikt və xarakter» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ilin dekabr ayından «Azərbaycan» jurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, 1997-ci ilin noyabrından həmin ъurnalın baş redaktor müavini vəzifəsinə təyin edilmişdir. 2002-ci ildən 0,5 ştat vahidi ilə Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi də çalışmaqdadır. 2011-ci ildə «Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən görkəmli tənqidçilərdən biridir. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 3000-ə qədər irili-xırdalı məqaləsi vardır. Bu məqalələr keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. O, tənqidin müxtəlif janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələmini sınamışdır.
Məqalələri Azərbaycanın hüdüdlarından kənarda-Türkiyədə,Almaniyada və İranda çap olunmuşdur.
Respublikanın Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür (2003). Beynəlxalq Rəsul Rza mükafatı və Məmməd Araz ədəbi mükafatı laureatıdır.