Ağ yel[1][2] - Azərbaycan ərazisində, yüksək temperatur və aşağı rütubəti ilə seçilən külək.
Ağ yellər mürəkkəb meteoroloji hadisədir və havanın aşağı nisbi rütubətinin (30%-dən az) , havanın yüksək temperaturunun ( 25 C-dən yuxarı) , küləyin böyük sürətinin (5 m/san-dən çox) birgə təsiri ilə xarakterizə olunur.Belə kompleks amillər yüksək buxarlanmaya səbəb olur ki, bu da bitkilərin su balansının pozulmasına gətirib çıxarır. Nəticədə kənd təsərrüfatı bitkilərinə öldürücü ziyan dəyir, məhsuldarlıqları aşağı düşür. Ağ yellər bitkiçiliyə mənfi təsir edən əsas amillərdəndir. Onların geniş şəkildə öyrənilməsinə keçən əsrin əvvəllərində başlanmış və sonrakı dövrlərdə inkişaf etdirilmişdir. Bu sahənin inkişafında kemiş SSRİ alimlərinin qatqısı çox mühüm rol oynayır. Ağ yel kimi təhlükəli hadisəyə qarşı mübarizə tədbirlərinin görülməsi üçün onların təsir gücünü və coğrafi arealını müəyyənləşdirmək lazımdır.
Azərbaycanda Kür-Araz ovalığı, Naxçıvan MR ərazisinin 1500 metr yüksəkliyi olan ərazilərdə, Böyük və Kiçik Qafqazın dağətəyi ərazilərində müşahidə edilir. Bu hava axını ölkəmiz üçün yerli hava kütlələrindən biridir. Onlar əsən zaman temperature 35°-40 °C-yə qədər artır, hətta bəzi hallarda daha çox olur. Xarakterik olaraq nisbi rütubət 15-30%-ə qədər azalır. Onların sürəti 15–10 m/san olur. Fiqurovski Azərbacana qızmar və quru havaların Orta Asiya səhraları və tropiklərdən gəldiyini güman etmişdir. Xəzər dənizi üzərindən keçərkən qızmar səhralardan gələn bu hava axınları öz fiziki xassələrini o qədər də dəyişə bilmir.
Azərbaycanın qərb rayonlarında , Gəncə-Qazax düzündə ağ yelin əksi olan qara yel əsir. Onlar çox sürətli olduqda tozanaq qopur, hava qaralır, payızda və yazda torpaq yeni şumlanan zaman hava quraq keçərsə, torpağın məhsuldar qatını sovurur, külək eroziyasına, yəni defilyasiyaya səbəb olur. Dəniz hava axınının yalnız alt təbəqəsinin temperaturunu cəmi 3-4 °C azalda, rütubətini isə 10-20% artıra bilir.
Xüsusi ilə bitkiçiliyə böyük ziyan vurur. Ziyanı önləmək məqsədi ilə tarla qoruyucu meşələr salınır, xüsusi ilə hündürlüyü yüksək olan çinarlar əkilir. Ağ yelin davamlığı Kür-Araz ovalığında 30-45 gün, Naxçıvanın düzənlik və alçaqdağlıq zonasında 70-40 gün, respublikanın ortadağlıq zonasında 10 günə qədər, yüksək dağlıqda isə 5 günə qədər davam edir.
Ağ yellərin müşahidə olunması tezliyi belə olan günlərin sayı, onların davamiyyəti və intensivliyi coğrafi məkanda əhəmiyyətli dəyişir və bunlar iqlim quraqlığının əhəmiyyətli göstəricilərindən biridir. Meşə zonalarında ilin isti dövründə (aprel-oktyabr) ağ yel müşahidə olunan günlərin çox illik orta qiyməti 1-2 gün, meşə-çöl zonasında 15-20 gün, çöl zonasında 30-60 gün, yarımsəhra zonasında isə 70-100 gün təşkil edir. Səhralarda bu rəqəm 250 günə qədər olur. Hər bir fiziki coğrafi zonada ağ yelli günlərin özünə məxsus illik gedişi seçilir. Məsələn meşə zonalarında ağ yelli günlərin maksimum sayı may ayında, minimum isə yay fəslində olur. Meşə-çöl zonasında isə illik isti dövründə bu hadisənin 2 maksimumu mövcuddur. I maksimum yaz fəslində, II isə yay fəslinin əvvəlində və ya ortasında. I II-dən çoxdur.
Azərbaycanda ağ yellər ilin isti dövründə düzənlik və dağətəyi ərazilərdə əsir. Respublikada ağ yel küləklərinin orta illik sürəti 5 m/san-dir. Bu göstərici Abşeron yarımadasının sahilyanı zonasında dəyişir və 6–8 m/san təşkil edir. Sürəti 15 m/san olan küləklərin baş verdiyi günlərin sayı 100-145 gün arasında dəyişir. Gəncə-Qazax vilayətində də güclü küləklər əsir. Qeyd edək ki, Azərbaycanın digər ərazilərində küləklərin inensivliyi daha zəifdir.
Bu hadisənin mürəkkəbliyi və çox formalığı ağ yellərin qiymətləndirilməsi üsullarının çox formalığına səbəb olmuşdur. Məsələn, rus alimi Kominski 1934-cü ildə ağ yeli belə xarakterizə etmişdir: “Ağ yel elə bir yeldir ki, bu vaxt nisbətən yüksək temperature fonunda heç bir müşahidə müddətində havanın nisbi rütubəti 50%-dən yuxarı qalxmır”.
Rus alim Feodorov 1935-ci ildə küləyin sürətindən aslı olmayaraq havanın orta nisbi rütubəti 60% -dən az və orta sutkalıq temperaturun 27,5 C-dən yuxarı olan az buludlu havanı aid etmişdir. Sofoterov 1937-ci ildə küləyin sürətindən aslı olmayaraq maksimum temperature 30 C və rütubət çatışmazlığının gündüz qiymətlərinin 24 hp olduğu günləri ağ yelli günlər hesab etmişdir.
Kulin hesab etmişdir ki, ağ yellərin meyarlarına saat 13:00 müddətində nisbi rütubətin 30%-dən az, küləyin sürətinin 5 m/san olduğu vaxt havanın temperaturun 25 C-dən çox olmasını aid etmək lazımdır. Qazaxıstan çox quraq rayonları üçün bəzi tədqiqatçılar nisbi rütubətin hüdudundan 20%-ə, temperature 25-30% C-yə, küləyin sürətini isə 3–5 m/san kimi istifadə olunmasını təklif etmişlər Onlardan fərqli olaraq Selyaninov ağ yellərə onun üçün xarakterik olan ən əsas prosesi, yəni quruducu üç kimi mümkün buxarlanma kimi baxmış və göstərmişdir ki, bu hadisə havanın temperaturun nisbi rütubətinin və küləyin sürətinin variasiyalarının müştəlif birgəliyindən yarana bilər. O buxarlandırıcı qurğuya görə sutkalıq buxarlanmanı 8 mm və daha artıq olması hallarını ağ yel kimi qəbul etmişdir.
Nəhayət uzun müddətdən sonar 1966-cı ildə rus alim Suberbillerin tədqiqatları göstərmişdir ki, bitkilərin ağ yellərdən zədələnməsinin səbəbi onun su təminatı ilə mümkün buxarlanma arasındakı uyğunsuzluqdur. Beləki ağ yel zamanı mümkün buxarlanma bitki üçün məqbul sayılan müəyyən həddi aşır. Bitki üçün ziyanlı oln bu hədd qeyri-sabitdir və bir sıra amillərdən aslı olaraq dəyişir və bitkilərin zədələnmə intensivliyi bu uyğunsuzluğun dərəcəsindən aslıdır. O bitkilərin zədələnməsi göstəricisi kimi evaparametrik əmsaldan istifadə edilmişdir.
Bu alim tərəfindən baxılan düstürün köməyi ilə dənli bitkilərin ağ yel tərəfindən zədələnməsi göstəriciləri hazırlanmışdır. Bunlarla bərabər o ağ yellərin aqrometeoroloji göstəricilərini müəyyənləşdirmiş və onları intensivliyinə görə zəif, orta, intensive və çox intensiv qradasiyalara ayırmış və yuxarıda adı çəkilən dərəcələrini qiymətləndirmişdir. Məsələn, çox intensive yellər bitkiləri vegetative hissəsini güclü zədələyə bilər. Bir neçə gün ardıcıl davam edən ağ yellər bitkilər üçün böyük təhlükə yaradır.
Ağ yellər vaxtı bitkilərin zədələnməsinin əsas səbəbi onların orqanizmdə su balansının pozulmasıdır. Beləki bu vaxt transpirasiya vasitəsi ilə rütubətin miqdarı azalır. Zədələnmələr özünü yarpaqların solmasında, saralmasında və qurumasında və xırda dən hissələrinin yaranmasında özünü büruzə verir. Bu hadisə dənli bitkilərə ən çox sünbülləmə və ya çiçəkləmə fazasında təsir edir. Bu onunla izah olunur ki baxılan inkişaf fazalarında ağ yel vaxtı yuxarıda yerləşmiş gənc yarpaqlar suyu və qia maddələrini daha tez mənimsəyir.