Ağ yovşan

Ağ yovşan (lat. Artemisia persica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Ağ yovşan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Orta Asiyada, Azərbaycanda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 25-70 sm-ə çatan sıx tükcüklü, bozumtul yaşıl rəngli yarımkolcuqdur. Şırımlı olmayan gövdəsinin aşağı hissəsində yarpaqlar nisbətən xırdadır. Yarpaqları qısa saplaqlı 2-4,5 sm uzunluqda, 3-5 mm enindədir. Gövdənin aşağı yarpaqları üçər lələkvari parçalanmış, səbətləri sadə salxımlı, ensiz, süpürgələrdə yığılmışdır. Toxumu 1 mm uzunluğunda, uzunsov konus formalı, kənarı qeyri-bərabər haşiyələnmişdir. Avqust ayında çiçəkləyir, sentyabr ayında toxumları yetişir.

Qumlu təpəciklərdə rast gəlinir. Quraqlığa davamlıdır, torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda dənizkənarı ərazilərdə təbii halda bitir.

Tərkibində efir yağı vardır ki, ondan ətriyyatda və dərman vasitəsi kimi istifadə olunur və əsasən aşağıdakı maddələrdən ibarətdir: 12%-pinen, 23%-kamfen, 16%-kamfora, 10%-borneol, 25%-bornilasetat.