Ağabəytəpə yaşayış yeri — Ağdam rayonunun I Yüzbaşılı kəndinin qərbində yerləşən yaşayış yeri. Bu diametri 50 m olan cənub-şərq və şimal-şərq tərəfləri yol çəkilərkən və həyətyanı sahələr genişləndirilərkən dağıdılmış təpədir. Sovet dönəmində təpənin səthi təxminən 1 m-ə qədər hamarlanaraq pambıq çardağı tikilmişdir. Hazırda təpənin hündürlüyü 3 mdir.Onun dağılmış cənub-şərq tərəfində 60 sm hündürlüyündə çiy kərpicdən tikilmiş divar qalıqları aydın görünür. Abidədən toplanmış saxsı kolleksiyası neolit dövrünə aid edilir.[1]