Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Ağababa Cəbrayıl oğlu Mikayılov (25 aprel 1918, Salyan – 5 aprel 1992, Bakı) — Azərbaycan-sovet hüquqşünası[1] və müharibə veteranı; Naxçıvan Ali Məhkəməsinin sədr müavini (1950–1951), Azərbaycan SSR Ali Məhkəməsinin hakimi (1952–1980).
Ağababa Mikayılov | |
---|---|
Mikayılov Ağababa Cəbrayıl oğlu | |
Azərbaycan SSR Ədliyyə Nazirliyində Baş revizor | |
1950 – 1951 | |
1951 – 1952 | |
1952 – 1980 | |
1981 – 1986 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xol Qarabucaq kəndi, Salyan qəzası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Partiya | Kommunist partiyası |
Təhsili | Kirov adına Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) |
İxtisası | Hüquqşünas |
Fəaliyyəti | hakim |
Atası | Mikayılov Cəbrayıl |
Həyat yoldaşı | Mikayılova Gülgəz |
Uşaqları | Mikayılov Cavanşir, Mikayılov Novruz, Mikayılova Xuraman, Mikayılov Firdovsi, Mikayılova Gülşən, Mikayılov Rövşən |
|
|
Təltifləri |
Ağababa Mikayılov 25 aprel 1918-ci ildə Salyan qəzasının Xol Qarabucaq (indi Neftçala rayonuna daxildir) kəndində anadan olmuşdur.
Böyük Vətən Müharibəsinə yollanmamışdan öncə, məktəbdə müəllim və direktor müavini vəzifələrində çalışmış. 1942–1945-ci il tarixlərində Böyük Vətən Müharibəsinin fəal iştirakçılarından olaraq, Berlinə ilk girən döyüşçülərdən olub. Müharibə zamanı kapitan rütbəsi ilə batalyon komandiri vəzifəsinədək yüksəlmişdir. Çexiya, Macarıstan, Sloveniyanın azad olmasında böyük sücaətlər göstərmişdir. Buna görə də üç dəfə "Qırmızı Ulduz" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və bir çox medallarla təltif edilmişdir.
Müharibə dövrü bitəndən sonra Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1950-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Ağababa Mikayılov 1950 – 1951-ci illərdə ASSR Ədliyyə Nazirliyində Baş revizor vəzifəsində çalışmış, 1951–1952-ci illərdə isə Naxçıvan Ali Məhkəməsinin Sədr müavini vəzifəsində çalışmışdır.
A. Mikayılov 1952-ci ildən etibarən Azərbaycan SSR Ali Məhkəməsinin hakimi seçilmişdir və 1952-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 28 il Azərbaycan SSR Ali Məhkəməsinin hakimi vəzifəsində işləmiş.
Mikayılov Ağababa 1981–1986-cı illərdə Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində şöbə müdiri olmuşdur. 1986–1991-ci illərdə isə SSSR Qaz Sənayesi Nazirliyində şöbə müdiri vəzifəsində çalışmışdır.
O, bir sıra orden və medallarla təltif olunmuşdur.
Mikayılov Ağababa Cəbrayıl oğlu 1992-ci il aprel ayının 5-də vəfat etmişdir.