Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ağababa Əsgər oğlu Yusifzadə (1886, Quba – 1937) — "Kommunist qəzeti"nin ikinci rəsmi redaktoru olmuşdur (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi). Klara Yusifzadənin atası.
Ağababa Yusifzadə | |
---|---|
Ağababa Əsgər oğlu Yusifzadə | |
Doğum tarixi | |
Doğum yeri | Quba |
Vəfat tarixi | |
Təhsili | Dini təhsil |
Fəaliyyəti | Şair, müəllim |
Ağababa Əsgər oğlu Yusifzadə 1886-cı ildə (bəzi sənədlərə görə 1890-cı ildə) Quba şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla məktəbində almışdı.
O, 1911-1916-cı illərdə Şamaxı və Quba qəzalarında müəllim işləmiş azərbaycanlı qadınlardan ibarət ilk sosial-demokrat dərnəyinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. A.Yusifzadə Alyoşa Caparidze ilə birlikdə Bakı bolşevik təşkilatından Rusiya Sosial-Demokrat Fəhlə (bolşevik) Partiyasının 1917-ci il avqustun 8-də Petroqradda keçirilən qurultayına nümayəndə seçilmişdir.
Azərbaycanda Sovet Hakimiyyəti illərində Ağababa Yusifzadə Bakı qəzası inqilab komitəsinin sədri, Bakı və Şamaxı qəzalarında banditizmə və əksinqilaba qarşı fövqəladə komissar, "Kommunist" qəzetinin redaktoru (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi), Naxçıvan MSSR Ali Məhkəməsinin sədri və digər vəzifələrdə çalışmışdır.
22 avqust 1920 ildən etibarən "AzərMərkəziÇapedilmə" komissiyanin sədri olub[1].
O, təkcə “Kommunist” qəzetinin əməkdaşları və müxbirlərinin deyil, həm də Azərbaycanın bütöv bir nəsil jurnalist kadrlarının tərbiyə edilməsi və hazırlanmasında böyük rol oynamışdır. O, eyni zamanda jurnalistika və stenoqrafiya kurslarının da direktoru idi.
1921-ci il martın sonlarında Ağababa Yusifzadə böhtan atılaraq arvadını öldürməkdə günahlandırılır və məsuliyyətə cəlb edilir, lakin xeyli sonra o, bəraət alır.
Azərbaycan Sovet Ensiklopediyasının 1981-ci ildə nəşr olunmuş 5-ci cildində (səh. 183.) "Yusifzadə Ağababa Əsgər oğlu" məqaləsində deyildiyi kimi, o, AKP-nin 1-ci qurultayını təşkil etmək üçün müvəqqəti Bakı qəza komitəsinin sədri olmuş, qurultayda katibliyə və MK-ya üzv seçilmişdi".
1937-ci ildə Repressiya qurbanı olmuşdur.
Ağababanın Klara adlı qızı vardı.