Ağac sarmaşığı

Ağac sarmaşığı (Cobaea L.)-yabanı halda dağlıq,tropik meşələrdə bitən iri kol bitkisidir.Şaxələnmiş bığcıqları vaitəsilə bitkilərə sarmaşır.Ağac sarmaşığı yarasalar və ya iri gecə kəpənəkləri vasitəsilə tozlanır.Cinsin iki növü vardır:sallaqçiçəkli ağac sarmaşığı (C.penduliflora) və sarmaşan ağac sarmaşığı (C.scandens).Sarmaşan ağac sarmaşığı dekorativ gülçülükdə şaquli yaşıllaşdırmada geniş istifadə olunur.Ağac sarmaşığı gövdələri 3 m uzunluqda olan bitkidir.İlk istifadə edilən növün gülləri al-qırmızı rəngdə olub, diametri 9 sm-ə çatır.Mədəni formasının (C.scandens f.alba) sarı gülləri vardır.Gül və zoğları əvvəlcə yaşıl rəngdə,sonradan al-qırmızı olur.Ağac sarmaşığı şitil üsulu ilə yetişdirilir.Torpağı əkəndən sonra şitilləri sulamaq lazımdır.Ağac sarmaşığı lian bitkilərə aiddir.Onun inkişaf etməsi üçün taxta və metal konstruksiyalardan dayaq qurulur və buna əsasən müxtəlif kompozisiyalar yaradılır.Azərbaycanda təbii halda meşələrdə,mədəni halda isə yaşıllaşdırmada və parkların salınmasında istifadə olunur.

Ağac sarmaşığı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine