Ağacvari asfodelina

Ağacvari asfodelina (lat. Asphodeline prolifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin asfodelina cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Ağacvari asfodelina
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Birillik ot bitkisidir. Kökləri nazik, qısa, qonurdur. Gövdə 10–50 sm hündürlüyündə, ortadan yuxarı budaqlanandır. Yuxarı tərəfi sıxyarpaqlı, aşağı hissəsi ağ pərdəli genişlənmişdir. Salxım boş, 4–10 çiçəklidir. Çiçəkyanlığı ağ, 8 mm uzunluğundadır. Çiçəkyanlığının yarpaqları ellipsivari, kütdür. Qutucuq yumurtaşəkilli, şarvari, 4–5 mm diametrində, mərmər üzlüdür. Toxum üçtilli, boz, kürək hissədən qırışlı, yanlara sıxılmışdır.

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may-iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Mezokserofitdir. Aşağı dağ qurşağından yuxarı dağ qurşağıan kimi daşlı-çınqıllı, bəzən əhəngli yerlərdə, çay vadilərində, çəmənlərdə, zibilliklərdə və s. yerlərdə bitir.

Qobustan, Kiçik Qafqazın şimalında, mərkəzi və cənub hissələrində, Naxçıvan düzənliyində və dağlıq hissələrdə (Darıdağ, Gülüstan kəndi ətrafında), Lənkəran ovalığında rast gəlinir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılığı müşahidə olunur. Azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen və zoogen amillər.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində qorunması məqsədilə yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması vacibdir.