Ağahüseyn Şükürov

Ağahüseyn Şükürov (21 dekabr 1964, Qasımlı, Masallı rayonu)– Ədəbiyyatşünas, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazıçılar Birliyinin (İLESAM) üzvü.[1]

Ağahüseyn Məmmədhüseyn oğlu Şükürov
Doğum tarixi (58 yaş)
Doğum yeri Masallı rayonu, Qasımlı kəndi
Vətəndaşlığı
İş yerləri Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri

Həyatı[redaktə | mənbəni redaktə et]

21 dekabr, 1964-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1972–1982-ci illərdə Masallı rayonunun Yeddioymaq kənd orta məktəbində orta təhsil almışdır. 1983–1985-ci illərdə Sovet Ordusu sıralarında (Pribaltika Hərbi Dairəsi) həqiqi hərbi xidmətdə olmuşdur. 1985–1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1988–1992-ci illərdə Masallı rayonunda çıxan "Çağırış" qəzeti redaksiyasında ədəbi işçi kimi əmək fəaliyyətinə başlamış, sonra bir sıra respublika qəzetlərində jurnalist kimi fəaliyyət göstərmişdir. 1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) orqanı olan "Elm" qəzetinə müxbir qəbul edilmiş, 2007-ci ilədək burada məsul katib, baş redaktorun müavini vəzifələrində işləmişdir. 2001–2007-ci illərdə Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində korrektor, 2007–2010-cu illərdə məsul katibin müavini, 2013–2014-cü illərdə "Elm" qəzetində müxbir , AMEA Nizami adına Ədəbiyyat İnstitutunda mətbuat xidmətinin rəhbəri, 2014–2019-cu illərdə AMEA Rəyasət Heyətinin elmi katibi olmuşdur. 2019-cu ildən AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsində çalışır. 2004-cü ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" jurnalının korrektoru vəzifəsində çalışır. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir.[2]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

36 elmi əsərin (onlardan 8-i xaricdə çap olunmuşdur), o cümlədən 3 monoqrafiyanın müəllifidir. İndiyədək 20-dən çox elmi, elmi-kütləvi və bədii əsərin redaktoru, tərtibçisi, elmi redaktoru, bədii redaktoru, korrektoru olmuşdur. "Əli Tudənin yaradıcılıq yolu" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. Hazırda "Azərbaycan-qazax ədəbi əlaqələri" mövzusunda elmlər doktorluğu dissertasiyası üzrə tədqiqat işi aparır. Türkiyə, Pakistan, Qazaxıstan, Rusiya, İran, Belarus, Qırğızıstan, Bolqarıstan və başqa ölkələrdə elmi ezamiyyətlərdə olmuş, beynəlxalq elmi konfrans və simpoziumlarda məruzə ilə çıxış etmişdir.[3]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Prezident təqaüdçüsü (2021–2022).
  • Beynəlxalq Türk Akademiyasının Gümüş medalı (2022)[4]
  • İki dəfə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı (2004 və 2022).

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Savalandan süzülən pak duyğular // "Azərbaycan" jurnalı, Bakı, 2004, № 4, s.202–205
  2. Vətən və həsrət motivləri // "Azərbaycan" jurnalı, Bakı, 2011, № 7, s.178–182
  3. Azadlıq şairi Əli Tudənin "Türklər" poeması haqqında // Pedaqoji Universitetin Xəbərləri, Bakı, 2012, № 2, s.287–290
  4. Mühacir-şair ömrü // "Azərbaycan" jurnalı, Bakı, 2012, № 5, s.174–177
  5. Азербайджанский поэт Али Туде и русская литература // Ukrayna EA-nın elmi xəbərləri (rus dilində), Kiyev, 2012, № 9, s.367–370
  6. Bütövlük şairi // "Azərbaycan" jurnalı, Bakı, 2013, № 6, s.180–183[5]
  7. Əli Tudənin poeziyası haqqında // Ədəbiyyat İnstitutunun "Poetika. izm" jurnalı, Bakı, 2014, № 1, s.158–163
  8. Gerçək həyat həqiqətlərinin bədii təsviri // Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbi əlaqələr" toplusu, Bakı, cild VIII, s.266–231
  9. Savalandan süzülən pak duyğular // "Xan" nəşriyyatı, Bakı, 2014, 108 səh.
  10. Milli hökumətin dövlət xadimi, mühacir ədəbiyyatın mücahidi // Filologiya elmləri dokto-ru Aida İmanquliyevanın 75 illiyinə həsr olunmuş "Şərq xalqları ədəbiyyatı: ənənə və mü-asirlik" mövzusunda Beynəlxalq elmi konfransın materialları, 10–11 oktyabr, Bakı. 2014, s.482–485
  11. Böyük çöl mədəniyyətinin bədii inikası // "Azərbaycan" jurnalı, Bakı, 2016, № 9, s.187–189
  12. Ümumtürk şifahi xalq ədəbiyyatının tükənməz xəzinəsi – qazax folkloru // "AMEA-nın Xəbərləri" (humanitar elmlər seriyası) jurnalı, Bakı, 2016, № 1, s.235–239
  13. Birinci Türkoloji Qurultay və qurultayın qazax nümayəndələri haqqında // "Ədəbi əlaqələr" toplusu, X cild. Bakı, "Elm və təhsil", 2016, s.181–189
  14. Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri // "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı", 2 cilddə, II cild. Bakı, "Elm və təhsil", 2016, s.1052–1055
  15. Azerbaycan-Kazak folklor ilişkileri // "Böyük Çöl" I Beynəlxalq Humanitar Elmlər Forumunun materialları. Astana, "Elm" nəşriyyatı, 2016 (türk dilində), s.676–682
  16. Qazaxıstan təmsilçiləri Birinci Türkoloji qurultayda // Azərbaycan məktəbi. Bakı, 2016, № 6, səh.86–92
  17. Birinci Türkoloji Qurultay – 90. // "Azərbaycan" jurnalı, № 10, 2016, s.187–190
  18. Birinci Türkoloji Qurultayın Qazaxıstan təmsilçiləri // "Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar" mövzusunda Beynəlxalq konfransın materialları (I hissə). Bakı, 14–15 noyabr 2016-cı il. Bakı, "Elm və təhsil", 2016, s.91–98
  19. Qazax xalqının təkrarsız söz ustadı // "Ədəbiyyat məcmuəsi. Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri". XXIX cild. Bakı, "Elm və təhsil", 2017, s.319–324
  20. Səməd Vurğun və qazax ədəbiyyatı // Səməd Vurğun və türk dünyası (Respublika elmi-praktik konfransın materialları). Bakı, "Avropa", 2017, s.55–63
  21. О судьбе казахских представителей Первого тюркологического съезда // "Литературный Азербайджан" jurnalı. 2017, № 5 (rus dilində), s.36–41
  22. Müstəqillik illərində Azərbaycan-Qazax ədəbi əlaqələrinə dair // "Ұлы Дала" II гуманитарлық ғылыми форумының материалдары (екінші бөлім), Астана: "Ғылым" баспасы, 2017, s.653–658
  23. Azərbaycan ədəbiyyatı antologiyası qazax dilində // "Böyük Çöl" III Beynəlxalq Humanitar Elmlər Forumunun materialları. Astana, "Elm" nəşriyyatı, 2018, s.368–372
  24. Türk-müsəlman şərqində xalq hakimiyyətinin mənbəyi (AXC dövründə Azərbaycan-qazax ədəbi əlaqələri) // "Böyük Çöl" III Beynəlxalq Humanitar Elmlər Forumunun materialları. Astana, "Elm" nəşriyyatı, 2018, s.368–372
  25. Əli Tudənin yaradıcılıq yolu (monoqrafiya) // Bakı, Elm, 2019, 11,5 ç.v.,184 səh.[6]
  26. Birinci Türkoloji Konfransın Qazaxıstan təmsilçiləri // Bakı, Elm və təhsil, 2019; 5,17 ç.v., 92 səh.[7]
  27. Böyük Azərbaycan şairi Səməd Vurğun və qazax ədəbiyyatı // "Ұлы Дала" IV гуманитарлық ғылыми форумының материалдары (бірінші бөлім), Нур-Султан: "Ғылым" баспасы, 2019, s.777–782[8]
  28. Ümumtürk sözlü halk edebiyatının bir kolu (Tezis-Ozet kitabı) // Ankara II. Uluslararası Bilimsel Araştırmalar Kongresi, 6–8 mart 2020, Ankara, IKSAD Yayınevi, 2020 (türk və ingilis dillərində), səh.563
  29. Ümumtürk sözlü halk edebiyatının bir kolu // Ankara II. Uluslararası Bilimsel Araştırmalar Kongresi, 6–8 mart 2020, Ankara, IKSAD Yayınevi, 2020 (türk dilində), s.865–870
  30. Qazax xalqının oxuyan qəlbi // AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. "Müqayisəli ədəbiyyatşünaslıq", № 2, 2021, s.55–59
  31. XX əsr qazax ədəbiyyatının inkişaf meyilləri haqında // "Azərbaycan" jurnalı, № 1, 2022, s.196–199
  32. Abay yaradıcılığının Azərbaycanda tədqiqinə dair // AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. "Filologiya və sənətşünaslıq", № 1, 2022, s.113–117
  33. Əli Tudə // "Azərbaycan ədəbiyyatı tarixi", 10 cilddə, IX cild, "Elm", 2022, s.1051–1060
  34. Творчество Абая Кунанбаева в Азербайджане // "Литературный Азербайджан" jurnalı. 2022, № 10 (rus dilində), s.105–108
  35. Azərbaycan-qazax ədəbi əlaqələrində müstəsna rolu olan mütəfəkkir // International Research Center, "Endless Light in Science" beynəlxalq elmi jurnalı. Almatı, aprel 2023
  36. Azərbaycan-qazax ədəbi əlaqələrinin ümüumtürk konteksti // Azərbaycan Universitetinin "İpək yolu" beynəlxalq elmi jurnalı. Bakı, № 2, 2023

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "AMEA-ya yeni mətbuat katibi təyin olundu". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  2. "Ağahüseyn Şükürov". 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  3. "İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi". 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  4. "Ədəbiyyatşünas alimlər Beynəlxalq Türk Akademiyasının medalları ilə təltif olunublar". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  5. ""Azərbaycan"ın yeni sayı" (az.). 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2023.
  6. ""Əli Tudənin yaradıcılıq yolu" monoqrafiyası çapdan çıxıb". 2019-12-24 tarixində arxivləşdirilib.
  7. "Türkologiyaya dair yeni kitab nəşr olunub". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2023.
  8. "Qazaxıstanda IV "Böyük Çöl" Beynəlxalq Humanitar Forumu keçirilib". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.