Qasımlı (Masallı)

QasımlıAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]

Qasımlı
39°01′ şm. e. 48°45′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2.520 nəfər
Xəritəni göstər/gizlə
Qasımlı xəritədə
Qasımlı
Qasımlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndin Qasımlı adlanması, Səfəvi soyundan olan – Qasım Mirzə Toğrul oğlunun bu kəndə gəlişi ilə əlaqədardır. Əldə etdiyimiz Şəcərnamədən və arxiv sənədlərdən məlum olur ki, Qasım Mirzə Toğrul oğlu 1702-ci ildə Ərdəbildə anadan olmuşdur. Qasım Mirzə Toğrul oğlunun qardaşının adı – Tağı Mirzə Toğrul oğlu (1709-1766), əmisinin adı isə Hüseyn Hacı İsmayıl Mirzə oğlu (1681-1765) olmuşdur. Yazılı Mənbələrə və şifahi dildən-dilə keçən məlumatlara görə Qasımlı kəndinin ərazi vahidi kimi tanınması Qasımın bu əraziyə gəldikdən sonra, elmi-dini mədrəsə yaratması olmuşdur.[2]

Masallı rayonu, Qasımlı kəndinin adını bildirən löhvə

Xorasan mənbələrinə əsasən demək olar ki, Səfəvilər dövləti süquta yetdikdən sonra yaranmış Əfşarlar dövlətinin banisi – Nadir şah Cavad kəndinin yaxınlığında tacqoyma mərasimindən sonra Səfəvilər nəslindən olanların yenidən hakimiyyətə gəlmələrindən narahat olaraq onlara divan tutmaq qərarına gəlir. Nadir şah – Aslan Mirzənin nəslindən olanların yaşamasından xəbər tutaraq, 1742-ci ilin sonlarında onları öldürmək üçün sui-qəsd hazırlatdırır. Sui-qəsdin olacağını anlayan Hüseyn, böyük qardaşının övladlarını nökərləri ilə birgə Talış xanının yanına yola salıb özü bir gün sonra üç oğlu ilə onların arxasınca Talış mahalına getmək üçün yola düşür. Yolda sui-qəsdçilərlə rastlaşır. Sui-qəsd nəticəsində Hüseyn sol qolundan yaralansa da qaça bilir. Ancaq üç oğlu öldürülür. Sui-qəsdçilər Nadir şahın qorxusundan gəlib bildirirlər ki, Aslan Mirzəninin nəslindən olanları qılıncdan keçirib öldürürdük. Halbuki, Hüseynin 3 oğlunu öldürsələr də özünü öldürə bilməmişlər. Səfəvi soyundan olan Hüseyn və qardaşı oğulları Nadir şahın zülmündən qaçıb bir müddət Talış mahalında yaşadıqdan sonra, bu ərazilərə gəlirlər. Hazırkı Hüseynhacılı və Qasımlı kəndlərinin əraziləri Talış xanı – Seyid Cəmaləddin (Qara xan) tərəfindən 1749-cu ildə Hüseynə və onun qardaşı oğullarına torpaq sahəsi olaraq verilmişdir. Hüseynhacılı İcmasının tərkibində olan Qasımlı kəndinin səlahiyyətli şəxslərindən olmuş – Sultan Əhməd Yarəhməd oğlunun 1843-cü ildə Nəstəliq xəttində yazılmış şəcərnamənin rus dilinə tərcümə etdiyi sənəddən aydın olur ki, Tağıdan törəyənlər Tağılı kəndinin, Hüseyndən törəyənlər isə Hüseynhacılı kəndinin əsasını qoymuşlar. Həmçinin, Rusiya Federasiyası Tarix Arxivində saxlanılan sənədə (fond 294, sənəd №1, səhifə 14-ə) əsasən demək olar ki, HüseynMirzə Toğrul qardaşlarının atasının adı Hacı İsmayıl Mirzə olmuşdur. Qasım Mirzə Toğrul oğlu mükəmməl dini-elmi savada malik olmuşdur. O, 1756-cı ildə kənddə mədrəsə açaraq insanları maarifləndirmiş, onlara dini və dünyəvi təhsil vermişdir. Qasım Mirzə Toğrul oğlu 1764-cü ildə Hüseynhacılı kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.[3][4] 1921-ci ildən Qasımlı kəndi Yeddioymaq kənd sovetliyinin tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra kənd sovetliyi inzibati ərazi dairəsi adlanır və hal hazırda da Qasımlı kəndi Yeddioymaq kənd inzibati ərazi dairəsinin tərkibindədir.

Əhalinin sayı 2520 nəfərdir

Hakim Həsənov adına Masallı rayonu Qasımlı kənd tam orta məktəbi‚ Qasımlı camaatının yazdığı ərizə nəticəsində 1990-cı ildən fəaliyyətə başlamışdır. Məktəb 1993-cü il aprelin 3-də Laçın bölgəsinin Qızartı kəndini ermənilərdən azad edərkən həlak olmuş, Həsənov Hakim Cəmiyağa oğlunun adını daşıyır.

1990-1995-ci illər Məktəbə Ağayev Əmirxan Ataş oğlu rəhbərlik etmiş, 1995-1996-cı illər Abdullayev Nağı Soltan oğlu, 1996-2000-ci illər yenidən Əmirxan müəllim, 2000-2006-cı illər Babanlı Elşən Əlinadir oğlu, 2006-2016-cı illər Mustafayev Müseyib Qardaşxan oğlu, 2016-cı ildən məktəbə əslən Masallı rayonu, Xıl kəndindən olan, Gülhəsən Məmmədov rəhbərlik edir. Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbinin direktoru Gülhəsən Məmmədovun məlumatına görə, 2017-ci ildə binanın 14 otağı əsaslı təmir olunub. 360 kvadratmetr təzə döşəmə vurulub. 14 sinif otağının qapısı yeni müasir tipliləri ilə əvəz olunub. Otaqların 36 pəncərəsi də yeniləşib. Plastik pəncərələr salınıb. Divarlarda kosmetik işlər görülüb. Yeni dərs ilində 27 il əvvəl tikilən məktəb şagirdləri yeni görkəmdə qəbul edb. Bu, 200-ə qədər məktəblini, onların valideynlərini və müəllimləri çox sevindirib.

Məktəb 110 şagird (2015) və 23 (2015) nəfərlik müəllim heyətinə malikdir.[mənbə göstərin]

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. Xorasan Soy kitabı. Xorasan – 1852. 365-372 səh.
  3. Mehdi Fəyyazlı "Qasımlı kəndi 2020"
  4. Xorasan Soy kitabı. Xorasan – 1782. 365-472 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]