Ağamid Ağacəfərli

Ağamid Şirzaid oğlu AğacəfərliAzərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Ağamid Ağacəfərli
Ağamid Şirzaid oğlu Ağacəfərli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lerik rayonuAzərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Lerik rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Şirzaid Ağacəfərli
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 2020
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Ağamid Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olub. Ailədə 3 qardaş və 2 bacı olmaqla 7 nəfər olublar. Uşaqlıq illəri Lerik şəhərində keçib. Orta təhsilini Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində bərbər kimi fəaliyyət göstərmişdir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Ağamid Ağacəfərli 2013-cü ilin yanvar ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Tərtər rayonunun "N" saylı hərbi hissəsinə göndərilib. Xidmət göstərdiyi dövrdə kəşfiyyatçı olub. 2015-ci ilin iyul ayında hərbi xidmətini başa vuraraq tərxis olub.

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ağamid Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək, kəşfiyyatçı kimi müharibədə iştirak etmişdir. 26 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Şəhid Ağacəfərli Ağamid QƏHRƏMANLAR UNUDULMUR