Ağamir Əzizxan oğlu Sultanov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Raket və Artilleriya Qoşunlarının komandanı. Vətən müharibəsinin komandanlarından biri.
Ağamir Sultanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağsu |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunları |
Xidmət illəri | 1992— |
Rütbəsi |
General-mayor |
Döyüşlər |
Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri Vətən müharibəsi, Antiterror əməliyyatı |
Təltifləri | , "Rəşadət" ordeni (2023), "Heydər Əliyev" medalı (2023), , "Qubadlının azad olunmasına görə" medalı (2020), "Zəngilanın azad olunmasına görə" medalı (2020), |
Leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti Heydər Əliyevin 20 iyun 1994-cü il tarixli 158 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[1]
Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2013-cü il tarixli 2974 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[2]
Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilmişdir.[3]
Polkovnik Ağamir Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.[4]
Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib[5].