Ağası bəy Avşarov (25 sentyabr 1833, Şamaxı – 1907, Sankt-Peterburq) — tam süvari qoşunu generalı (14 fevral 1906).
Ağası bəy Avşarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 sentyabr 1833 |
Doğum yeri | |
Vəfat tarixi | 1907 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Rütbəsi | tam süvari generalı[d] |
Təltifləri |
25 sentyabr 1833-cü ildə Rusiya İmperiyası, Bakı Quberniyasının Şamaxı şəhərində anadan olub.[1]
Rusiya mənbələrinə görə o Krım müharibəsinin iştirakçısı olub.[2]
S.Semanov "Brusilov" kitabının altmış səkkizinci səhifəsində yazır:[mənbə göstərin]
"1897-ci ildə general-mayor Ağasıbəy Avşarov Peterburq Süvari Məktəbinin rəisi vəzifəsinə təyin olunur. O, Azərbaycanın kübar nəslinin nümayəndəsi idi. Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra onun ulu babaları bütün yerli nəcabətli kübar ailələri kimi-İslam dinini saxlamaq şərtilə rus zadəganları ilə eyni hüquqa malik idilər. Azərbaycanlıların əksəriyyəti orduda, xüsusilə də suvari alaylarında şərəflə qulluq edirdiləp General Avşarov geniş ürəyə malik, hərbi işi yaxşı bilən bir sərkərdə idi. Amma onda asiyalılara məxsus hiyləgərlik və bir az da tənbəllik vardı. 1902-ci il fevralın general-mayor Ağası bəy Avşarovu Peterburq Süvari. Məktəbinin rəisi vəzifəsindən azad edib Baş Qərargahda süvari ordusunun Baş müfəttişi təyin etdilər."
Müxtəlif məbnələrdə Ağasi bəy Avşarov barədə ziddiyyətli məlumatlar yer alıb. Müasir Azərbaycandilli mənbələrdə Ağasi Afşarov Azərbaycan zadəganlarına, onun əcdadları isə müsəlmanlara aid edilib. Misal üçün, 2009-cu ildə çap edilmiş "İslam Sankt-Peterburqda: eksiklopedik lüğət" adlı mənbədə Ağasi Afşarova ayrıca məqalə həsr edilib və o Bakı Quberniyasının kübar ailələrindən birinin nümayəndəsi kimi göstərilib.[3]
Digər bir mənbə olan S.N. Semanovun "General Brusilov: sənədli hekayə" kitabında Ağasi Afşarovu Azərbaycanın tanınmış ziyalılarına aid edib və onun əcdadlarının Rusiya İmperiyasına daxil olandan sonra da müsəlmançılıqlarını qoruyub-saxladıqları qeyd edilib.[4]
Lakin bunun əleyhinə olaraq, xristian baş rahibi Avqustinin (başqa bir mənbədə - Nikitinin) "Nevsk prospektinin Pirləri. Peterburqun tanınmış yad və ortodoks icmaları" kitabında Avşarov erməni-qriqoryan icmasının nümayəndəsi kimi göstərilib.[5] Ümumiyyətlə, Rusiya İmperiyasının erməni əsilli generallarına həsr edilmiş və müəllifləri əsasın erməni olan müasir mənbələrin bir çoxunda Ağasi bəy Avşarov erməni dinindən olan şəxs kimi göstərilib.[6]
Qeyd etmək lazımdır ki, Rusiya İmperiyasında xristian dinindən olan şəxslərin karyerası üçün geniş imkanlar yaradıldığını nəzərə alaraq, bir sıra böyük vəzifə tutan və tanınmış müsəlman ailələrindən olan şəxslər sonradan müxtəlif xristian təriqətlərinin üzvü kimi qeyd olunublar.
Dəqiq araşdırmaların önünü kəsən məqam ondan ibarətdir ki, 1917-ci il inqilabına qədər Rusiya rəsmi qeydiyyat mənbələrində şəxslərin etnik mənsubiyyəti deyil, dini mənsubiyyəti qeyd edilib.[7][8] Buna görə də Rusiya İmperiyasının Hərbiyyə Nazirliyinin 1890-cı ildən 905-ci ilə qədərki müddəti əhatə edən "Böyükdən kiçiyə generallar Siyahısı"nda[9] Ağasi bəy Avşarov erməni-qriqoryan dinindən olan general kimi qeyd edilib. Bu səbəbdən şəxsən generalın özü tərəfindən erməni-qriqoryan dininə mənsub şəxs olduğunun qəbul etdiyini iddia etmək olar. Generalın etnik mənsubiyyəti barədə isə onun yaxın sayılan dostları belə hər-hansı məlumat verməyiblər.
General-leylenant N.A. fon Disterlo (1871—1919) tərəfindən hazırlanmış "Kavaleriya məktəbinin zəbitləri" əsərində Ağasi bəy Avşarov "hersoq" kimi qeyd edilib. Məlumdur ki, o dövrdə nə Azərbaycan türkləri, nə də hay etnosundan olan ermənilərin hersoq titulu olmayıb. Amma bəy titulu avropalıların hersoq titulu ilə eyni götürülürmüş.[10]