Ağayar Şükürov

Ağayar Şükürov (25 mart 1946, Puşkin rayonu2008) — Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru (1989).[1]

Ağayar Şükürov
Ağayar Məhəmməd oğlu Şükürov
Doğum tarixi 25 mart 1946(1946-03-25)
Doğum yeri
Vəfat tarixi 2008
Elmi dərəcəsi
Elmi adı

Ağayar Şükürov 25 mart 1946-cı ildə Biləsuvar rayonunun (keçmiş Puşkin) Əmənkənd kəndində anadan olmuşdur. Orta məktəbi 1963-cü ildə Əmənkənddə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1967-ci ildə həmin fakültədən məzun olmuşdur. 1971–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almışdır.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ağayar Şükürov 1975–1976-cı illərdə Bədən Tərbiyəsi İnstitutunun Fəlsəfə kafedrasında baş müəllim olaraq fəaliyyət göstərmiş, daha sonra 1990-cı ildən Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmişdir. Əsasən fəlsəfə və din tarixi, mifologiya, mədəniyyət və ekoloji problemlərin tədqiqi ilə məşğul olmuşdur. 1991-ci ildə keçmiş SSRİ məkanında ilk dəfə olaraq "Ekologiyanın fəlsəfi problemləri" şöbəsini yaratmışdır. Həmin şöbədə 2006-cı ilə qədər "Ekologiya. Fəlsəfə. Mədəniyyət" adlı məcmuənin 42 buraxılışı nəşr olunmuşdur. Alimin 30-a qədər kitabı, 330-dən artıq elmi məqaləsi çapdan çıxmışdır. O, 2 elmlər doktoru, 25 elmlər namizədi yetişdirmişdir. Ağayar Şükürov 4 mart 2003-cü ildə Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, akademiki seçilmişdir.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ağayar Şükürov 1975-ci ildə "Milli və dini ənənələr" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 1989-cu ildə isə "Müasir qlobalistikada ekoloji problemlərin yeri və rolu" adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır.[1]

Ağayar Şükürov 7 noyabr 2008-ci ildə vəfat etmişdir.[1]

  • İslam, adət və ənənə-1981
  • Müasir dövrün qlobal ekoloji və demoqrafik problemlərinin sosial-fəlsəfi mahiyyəti – 1984
  • Təbiət və cəmiyyət: fəlakətin astanasında – 1992
  • Azərbaycan fəlsəfəsi: qədim dövr – 1993 (G. Abdullazadə ilə birlikdə)
    • Mifologiya(nəzəri-fəlsəfi təhlil) I kitab – 1995
    • Qədim Şərq mifologiyası II kitab – 1995
    • İran xalqlarının mifologiyası III kitab – 1995
    • Hind mifologiyası IV kitab – 1996
    • Qədim Çin mifologiyası V kitab – 1996
    • Qədim Türk mifologiyası VI kitab – 1997
    • Yunan mifologiyası VII kitab – 1999
    • Alman-Skandinav xalqlarının mifologiyası VIII kitab – 1999
    • Slavyan xalqlarının mifologiyası — 2006
  • Fəlsəfə, cəmiyyətdə onun yeri və rolu – 1996
  • Fəlsəfə və zaman – 1998
  • Dədə-Qorqud mifologiyası – 1999
  • Biblioqrafiya – 2000
  • Qlobalistika və ekoloji fəlsəfə – 2001
  • Qloballaşma: mahiyyəti və perspektivləri – 2001
  • Fəlsəfə və Qloballaşma – 2002
  • Şərq Fəlsəfəsi və Filosofları – 2005
  • Azərbaycan mifologiyası(tədqiqi tarixindən) — 2005
  • Qloballaşmış Cəmiyyətlər: dünən, bu gün, sabah — 2006
  • Müstəqil Dövrün Fəlsəfəsi Və Filosofları — 2007
  • Etnos, Millət və Millətçilik — 2008
  • Hamı üçün Fəlsəfə — 2010(M. Şükürovla birlikdə)

Ali məktəblər üçün dərslikləri

[redaktə | mənbəni redaktə et]
  • Fəlsəfə – 1996
  • Kulturologiya – 1999
  • Sosial ekologiya – 1999
  • Fəlsəfə — 2008
  1. 1 2 3 4 5 "Ağayar Şükürov" (PDF) (Azərbaycan). anl.az. 4-5-2021 tarixində arxivləşdirilib (PDF).