Ağbəniz və Yeddi Cırtdan — ilk dəfə 1812-ci ildə alman Qrimm qardaşları tərəfindən toplanmış və çap edilmiş olan bir xalq nağılıdır.[1][2] Pisqəlbli və qısqanc ögey anası tərəfindən ondan daha gözəl olduğu üçün öldürülmək üzrə meşəyə göndərilən və meşədə cırtdanlarla birlikdə yaşamağa başlayan bir şahzadənin macəralarından bəhs edir. Bir neçə dəfə teatra və kinoya uyğunlaşdırılmışdır. Hekayənin (və baş qəhrəmanın) ilk çapındakı almanca adı Sneewittchendir (Qarbəyazı).[3]
Ağbəniz və yeddi cırtdan | |
---|---|
Xalq nağılı | |
Adı | Ağbəniz və yeddi cırtdan |
Məlumat | |
Aarne-Tompson sistemi | 709 |
Ölkə | Almaniya |
Ağbənizin anası ölüncə atası (kral) yenidən evlənir. Ancaq ögey ana (yeni kraliça) Ağbənizə pis davranmaqdadır. Pis kraliçanın sehrli bir aynası vardır və tez-tez bu aynadan dünyadakı ən gözəl adamın kim olduğunu soruşar. Doğrunu söyləyən sehrli ayna hər daim kraliçanın gözəlliyini təsdiqləyər ta ki Ağbəniz böyüyüb gənc və gözəl bir qız olana qədər.
Ağbənizin özündən daha gözəl olduğunu öyrənincə qısqanclıq böhranına girən kraliça ovçulardan birinə gənc qızı öldürməsini əmr edər. Ovçu Ağbənizə qıya bilməz və meşədə sərbəst buraxar. Ağbəniz meşədəki bir cırtdan ailəsi ilə birlikdə yaşamağa başlayar.
Bir müddət sonra gənc qızın həyatda olduğunu öyrənən pis kraliça yaşlı bir qadın qılığında cücələrin evinə gedərək Ağbənizi zəhərli bir alma ilə zəhərləyər. Cırtdanlar dərin bir yuxuya gedən gənc qızı şüşədən bir tabutda mühafizə etməyə başlayarlar. Yoldan keçən bir şahzadə tabutdakı qıza aşiq olar və cırtdanları razı salaraq tabutu yanında aparar.
Xidmətçilər meşədə irəliləyərkən tabutu salarlar. Ağbənizin boğazındakı zəhərli alma parçası düşməsinin təsiriylə çıxar və gənc qız oyanar. Gənc cütlük evlənməyə qərar verərlər və yaşlı kral ilə pis kraliçanı da toylarına dəvət edərlər. Ağbənizin öldüyünü zənn edən kraliça aynasından gənc kraliçanın özündən daha gözəl olduğunu öyrənincə toya gəlməyə qərar verər. Burada gerçəklər ortaya çıxar və kraliça cəza olaraq ona geyindirilən qızğın dəmirdən hazırlanmış ayaqqabılar içərisində rəqs edərək ölər.[3]